Behbudqızı S.
Nazirlik
teleradioların isini tənzimləyəcək
"Bundan sonra teleradio rəhbərləri
qarşısında daha böyük öhdəliklər
qoyulacaq"
“Yaxın aylarda CNN telekanalında Azərbaycan reklamı
yayınlamağa başlanacaq
Əbülfəs Qarayev Mədəniyyət və Turizm naziri: “Etiraf etməliyik ki, Azərbaycanın
teleradio məkanında mədəniyyət anlamının
xəbər, təhlil, təsvirinin dolğun mənada gerçəkləşməsi
neçə illərdir dönə-dönə arzuladığımız
cəhətlərdəndir.
Dünən Muzey Mərkəzində
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi və respublikada fəaliyyət göstərən
teleradio şirkətlərinin birgə
əməkdaşlıq haqqında bəyanatının
imzalanmasına həsr olunan mərasim keçirildi. Bəyanatı
tərəfdaş təşkilatlar rəhbərləri -
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
naziri Ə.Qarayev, Azərbaycan Televiziya və Radio
Verilşləri Qapalı Səhmdar Cəmiyyətinin,
İctimai Televiziya və Radio Yayımları Şirkətinin,
ANS şirkətlər qrupunun, "Space" Müstəqil
Teleradio Şirkəti Məhdud Məsuliyyətli
Cəmiyyətin, "Lider TV" Media Holdinqin, "Azad
Azərbaycan" Teleradio Yayım Şirkətinin
rəhbər işçiləri imzaladılar. İmzalanma
mərasimində teleradio şirkətlərinin
prezidentlərinin iştirakı nəzərdə tutulsa da,
yalnız "Space", İctimai, "Azad Azərbaycan"
teleradio şirkətlərinin prezidentləri mərasimdə iştirak
edirdilər. Digər şirkətlər isə
müavinlər səviyyəsində təmsil olunurdular.
Bəyanat preambuladan və on üç bənddən
ibarətdir. Sənədə görə, onu imzalayan qurumlar
üçün mədəniyyət, ədəbiyyat və
incəsənət məsələlərinin
işıqlandırılması zamanı nıövcud ənənələrin
qorunması, dəqiqlik, operativlik, peşəkarlıq,
sağlam rəqabət, meyarların, düzgün seçimi,
mədəni sərvətlərin təbliği, Azərbaycan
dilinin təmizliyinin qorunması, milli mentalitetə yad
materialların efirə yayınlanma
çıxarılmasının qarşısının alınması başlıca prioritetlər
olmalıdır. Sözügedən qurumların birgə
əməkdaşlığı
mədəniyyət və
turizmin təbliği sahəsində
müştərək layihələrin lıəyata keçirilməsinə,
istedadlı insanların üzə çıxarılmasına
və həvəsləndirilməsinə, peşəkar
teleradio jurnalist kadrlarının hazırlanmasına geniş
imkanlar açır. Bu yöndə Mədəniyyət və
Turizm naziri Ə.Qarayev qeyd etdi ki, birgə fəaliyyətin bu
cəhəti mətbuat nümayəndələrinə də
aid olacaq.
Bəyanat belə bir fıkirlə
bitir ki, hazırda səmərəli əməkdaşlıq
üçün müsbət şərait var, bu
şəraitin yaratdığı məsuliyyəti dərk edərək Azərbaycan
teleradio məkanında yüksək estetik
dəyərlərə malik, istedadlı, ciddi yaradıcı
axtarışların məhsulu olan, başqa sözlə,
müasır
tamaşaçı dinləyici tələbatına tam
cavab verməklə yanaşı, Azərbaycan xalqının
mədəni və mənəvi dəyərlərinin
qorunub-saxlanmasına və daha da inkişaf etdirilməsinə
imkan yaradan əsərlərin meydana çıxmasına nail
olmaq mümkündür. Bəyanatda qeyd olunur ki, efırə
verilən veriliş və filmlərin keyfiyyətinin
yüksəkliyinə nail olmaqdan ötrü birgə bədii
şura yaradılmalıdır.
İmzalanma mərasimi zamanı
nazirliyin, teleradio şirkətlərinin
nümayəndələri, qonaqlar çıxış
edərək bəyanatla bağlı fikirlərini,
arzularını söylədilər.
Nazir Ə.Qarayev mərasim
iştirakçılarına xəbər verdi ki, yaxın
aylarda CNN telekanalında Azərbaycanın reklamı
yayınlanmağa başlanacaq və bu məqam teleradio
rəhbərləri qarşısında daha böyük
öhdəliklər qoyur. Nazir onu da dedi ki, artıq
oktyabrın ortalarından etibarən televiziya və
kinoteatrlarda nümayişlənəcək filmlər
öncə nazirliyin nəzarətindən keçiriləcək.
Yalnız ümid etmək qalır ki,
cəmiyyətimizdə çox zaman olduğu kimi,
yaxşı niyyətlər yalnız kağızın
yaraşığı olmayacaq, həyata keçirilmədiyi
üçün onu əzabkeşə
çevirməyəcək.
Həftə içi.- 2006.- 22
sentyabr.- S. 8.