Azərbaycan ilə Türkiyənin turizm sahəsində əməkdaşlıgı üçün böyük imkanlar var

 

AzərTAc xəbər verir ki, İslam Konfransı Təşkilatı (İKT) ölkələri turizm nazirlərinin Rakıda keçirilən V konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Turkiyənin Mədəniyyət və Turizm naziri Atilla Koç sentyabrın 12-də TUSİAB cəmiyyətində olmuşdur.

Respublikamızda fəaliyyət göstərən türk iş adamlarını ətrafında birləşdirən TUSİAB-ın idarə heyətinin sədri Bataçar Baysal Azərbaycan-Türkiyə iqtisadi əlaqələri və türk iş adamlarının Azərbaycandakı fəaliyyətinə dair ətraflı məlumat vermişdir.

Üç il əvvəl Türkiyə Böyük Millət Məclisinin deputatı kimi ölkəmizə gəldiyini bildirən Atilla Koç, ötən müddətdə Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini demişdir. Ölkəsinin turizm sahəsindəki uğurlarından söz açan nazir, bu təcrübəni Azərbaycan ilə bölüşməyə hazır olduqlarını diqqətə çatdırmışdır.

O, Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün böyük potensial olduğunu söyləmiş, bu istiqamətdə qardaş ölkələrin əməkdaşlığının hər iki tərəfə fayda verəcəyinə əminliyini bildirmişdir.

İKT ölkələri turizm nazirlərinin Bakıda keçirilən V konfransına toxunan A.Koç, tədbirin yüksək səviyyədə təşkilini qeyd etmiş, konfransın Azərbaycanın təbliği baxımından əhəmiyyətini vurğulamışdır.

 

Azərbaycan.- 2006.- 13 sentyabr.- S. 7.