İradə
Azərbaycana gələn və ölkədən
gedən turistlərin sayi bərabərləşib
"5 ii bundan əvvəl
Azərbaycana gələn turistlər, buradan gedənlərin
30-40 faizini təşkil edirdi. Hazırda
isə vəziyyət
dəyişib. Ölkəyə
gələn və buradan gedən turistlərin sayı demək olar ki, bərabərləşib".
Bu barədə Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev məlumat verib. O qeyd edib ki,
ilin birinci yarısında Azərbaycana
1 milyon 300 mindən artıq əcnəbi gəlib. Onların 926 mini turistlər olub. "Bu da onu göstərir ki, ilin axırına
kimi Azərbaycana gələn turistlərin sayı 1 milyon 200 min nəfərdən çox olacaqdır - deyə
nazir vurğulayıb. O qeyd edib ki,
bu rəqəm Azərbaycanın turizm tarixində rekord göstərici olacaq. Nazir bildirib ki, Azərbaycana turistlər
əsasən qonşu
ölkələrdən, eyni
zamanda Avropadan, ABŞ-dan və ərəb ölkələrindən
gəlirlər. Ə.Qarvayev bildirib ki, ilin birinci
yarısında Azərbaycandan
1 milyon 400 min insan xaricə gedib. Azərbaycanlılar daha çox Türkiyə, Birləşmiş Ərəb
Əmirliklərinə və
MDB ölkələrinə gedirlər.
Yeni Azərbaycan.- 2006.- 2 sentyabr.-
S. 5.