Azərbaycan Ümumdünya Turizm Təşkilatı ilə uğurlu əməkdaşlıq edir

 

Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 11-də nazir Elmar Məmmədyarov Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Françesko Franjialli ilə görüşmüşdür.
Azərbaycanın dünyada nüfuzunun artmasında qeyri-neft sektorunun inkişafında turizmi vacib amil kimi səciyyələndirən E.Məmmədyarov, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini ölkəmizdə bu sahənin daha da genişlənməsinə əsas maneə olduğunu diqqətə çatdırmışdır.
O, Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi ilə ÜTT arasında əməkdaşlığı yüksək qiymətləndirmiş, ölkəmizin İspaniyadakı səfirinin eyni zamanda bu təşkilatda Azərbaycanın daimi nümayəndəsi təyin edilməsinin əməkdaşlığın daha da möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirmişdir.
E.Məmmədyarov Azərbaycanın Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının 48-ci görüşünün Bakıda keçirilməsinə dair təklif verdiyini qonağın diqqətinə çatdırmışdır.
F.Franjialli Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar olduğunu bu sahənin daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir. O, Mədəniyyət Turizm Nazirliyi ilə ÜTT arasında möhkəm əməkdaşlığı qeyd etmişdir.
Qonaq İKT ölkələri turizm nazirlərinin Bakıda keçirilən V konfransının işindən razılığını bildirmiş belə tədbirlərin turizm sahəsinin inkişafında müsbət rolunu xüsusi vurğulamışdır.
Görüşdə maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

 

Azərbaycan.-2006.-13 sentyabr.- S. 7.