Kübra
Azərbaycana turist axnı başlayıb
Ölkəyə gələn 1 milyon 300 mindən çox xarici vətəndaşın
900 mini turistdir.
Azərbaycanın dinamik şəkildə
inkişaf edən iqtisadiyyatı bütün dünyanın
diqqət mərkəzindədir. Bu inkişaf müxtəlif
sahələrə də, öz növbəsində təsirini
göstərməkdədir. Bu sahələrdən biri də,
turizmin inkişafı və ölkəyə turist
axınının təmin edilməsi istiqamətində
görülən işlərdir.
Təsadüfi deyil ki, son bir
neçə il ərzində ölkəyə turist
axını sürətlə artır. Abşeronda və
müxtəlif turizm resurslarına malik olan regionlarda bu
sahənin inkişafı üçün konkret dövlət
proqramlarının həyata keçirilməsi
sözügedən inkişafa daha da, təkan vermiş olur. Çünki Azərbaycanda
turizmin inkişafı
üçün təbii
resurslar kifayət qədərdir. Bu fakt onu göstərir
ki, . Azərbaycan nəinki regionda, həm də, beynəlxalq aləmdə tanınır və öz nüfuzunu möhkəmləndirir. Bütün bunlar rəsmi statistik məlumatlarda da əks olunur.
Xatırladaq ki,
bu il Azərbaycana gələn xarici vətəndaşların sayı
1 milyon
300 mindən
çox olub. Onların 900 mindən çoxu turist kimi səyahətə
gələnlərdir.
Bu barədə
jurnalistlərə
verdiyi açıqlamasmda Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev bildirib. Nazirin məlumatına görə,
əvvəllər Azərbaycana gələn turistlərin sayı gedənlərin 30-40 faizini təşkil edirdi: "İndi isə,
rəqəmlər bərabərləşməyə
doğru gedir.
Artıq Azərbaycana
bu ilin birinci
yarısında 1 milyon
300 mindən çox adam gəlib,
onlardan 926 minini turist adlandıra bilərik. Əgər yarım ildə
bu qədər qonağımız olubsa, deməli, ilin sonuna kimi bir
o qədər də turistin gələcəyi gözlənilir. Azərbaycanın tarixində ilk dəfədir
ki, rəqəmlər
bu səviyyəyə
çatıb".
Ölkədən xarici ölkələrə gedənlərə
gəlincə isə,
Ə.Qarayev deyib ki, 1 milyon 400 min Azərbaycan vətəndaşı
xaricə səfər
edib: "Azərbaycana
Avropa və ABŞ-dan, Ərəb ölkələrindən, Türkiyə
və Rusiyadan gələnlərin sayı
artıb. Azərbaycandan isə, böyük
əksəriyyət Türkiyə,
Rusiya, MDB ölkələri
və Dubaya üz tutur".
Səs.- 2006.- 6 sentyabr.- S. 8.