Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın turizm nazirini qəbul etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 11-də Prezident sarayında Pakistan İslam Respublikasının turizm naziri xanım Nilufər Bəxtiyarı qəbul etmişdir.
Qonaq Azərbaycana ilk dəfə səfər etdiyini bundan çox böyük məmnunluq hissi keçirdiyini söylədi. Nazir Prezident İlham Əliyevin Pakistana rəsmi səfərini xatırlatdı, onun çox uğurla keçdiyini vurğuladı.
Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini söylədi əminliyini bildirdi ki, Azərbaycanın Pakistanın turizmlə məşğul olan qurumları arasında da bu əlaqələr daim genişlənəcəkdir.

 

Azərbaycan.-2006.-12 sentyabr.- S. 3.