Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Ali Turizm Təşkilatının baş katibini qəbul etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 11-də Prezident sarayında Səudiyyə Ərəbistanı Krallığının Ali Turizm Təşkilatının baş katibi Sultan bin Salman bin Əbdüləziz Al Səudu qəbul etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev qonağın bu səfərini, İKT-nin Bakıda keçirilən tədbirində iştirak etməsini Azərbaycan haqqında daha geniş dolğun məlumat alması üçün gözəl fürsət kimi dəyərləndirdi.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərlərini keçirdiyi görüşləri məmnunluqla xatırlatdı.
Sultan bin Salman bin Əbdüləziz Al Səud Bakıda yüksək səviyyədə təşkil edilən konfransın əhəmiyyətini vurğuladı.
Görüşdə Azərbaycanda turizm infrastrukturunun sürətlə inkişaf etdiyi, bu sahənin əməkdaşlıq üçün yeni imkanlar açdığı bildirildi.

 

Azərbaycan.-2006.-12 sentyabr.-S.5