Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyənin mədəniyyət və turizm
nazirini qəbul etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 11-də Prezident sarayında Türkiyənin mədəniyyət və turizm naziri Atilla Koçu qəbul etmişdir.
Nazir Atilla Koç bir neçə il
bundan əvvəl Bakıya gəldiyini xatırlatdı, ötən
son illər ərzində
ölkəmizdə çox
böyük inkişafın
şahidi olduğunu bildirdi. O, İKT ölkələri
turizm nazirlərinin V Konfransının Azərbaycanda
yüksək səviyyədə
təşkil edildiyini
və bu mötəbər tədbirin
əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı İlham Əliyev respublikamızda gedən inkişaf proseslərindən danışdı.
Görüşdə ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.