Azərbaycan Prezidenti
İlham Əliyev Ümumdünya Turizm
Təşkilatının baş
katibini qəbul etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
sentyabrın 11-də Prezident sarayında Ümumdünya Turizm
Təşkilatının (ÜTT) baş katibi Françesko
Franjiallini qəbul etmişdir.
ÜTT-nin baş katibi
Françesko Franjialli vaxtilə Azərbaycanda olduğunu,
xalqımızın ümummilli lideri, dünya şöhrətli
siyasi xadim Heydər Əliyevlə görüşünü məmnunluqla
xatırlatdı. O, İslam Konfransı Təşkilatının
üzvü olan ölkələrin turizm nazirlərinin V
Konfransının Azərbaycanda keçirilməsinin
böyük əhəmiyyət
daşıdığını bildirdi.
Prezident İlham Əliyev
ÜTT-nin baş katibinin ölkəmizə səfərinin
turizmin inkişafı ilə əlaqədar Azərbaycanda
görülən işlərlə yaxından tanış
olması üçün yaxşı imkan
yaratdığını söylədi.
Dövlətimizin başçısı İKT ölkələri turizm nazirlərinin V
Konfransının önəmini xüsusi vurğuladı,
Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan
arasında əməkdaşlığın bundan sonra
genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan.- 2006.- 12 sentyabr.- S. 1.