İlham Əliyev İslam Konfransı və Ümumdünya Turizm təşkilatlarının
rəhbərlərini qəbul
edib
Azərbaycan prezidenti İlham
Əliyev dünən İslam Konfransı
Təşkilatının (İKT) baş katibi
Əkmələddin İhsanoğlunu qəbul edib. Prezidentin
mətbuat xidmətindən APA-ya verilən məlumata
görə, Ə.İhsanoğlu Azərbaycanın
İKT-də çox fəal iştirak etdiyini,
ölkəmizdə bu nüfuzlu təşkilatın
böyük tədbirlərinin keçirilməsini
Azərbaycanın beynəlxalq aləmdə artan və
möhkəmlənən mövqeyi ilə
əlaqələndirib.
İ.Əliyev isə bu
yaxınlarda İstanbulda İKT-nin Əməkdaşlıq
və Dialoq Uğrunda Gənclər Forumunun daimi
qərargahının açılışı
mərasimində iştirakını xatırladıb, bu
təşkilat çərçivəsində
əməkdaşlığın daha da
genişləndirilməsinin zəruriliyini vurğulayıb. Dünən
Azərbaycan prezidenti, həmçinin, Ümumdünya Turizm
Təşkilatının (ÜTT) baş katibi Françesko
Frangiallini də qəbul edib. ÜTT-nin baş katibi İKT
üzvü olan ölkələrin turizm nazirlərinin V Konfransının
Azərbaycanda keçirilməsinin böyük
əhəmiyyət daşıdığını bildirib.
Öz növbəsində, prezident
İ.Əliyev ÜTT baş katibinin ölkəmizə
səfərinin turizmin inkişafı ilə əlaqədar
Azərbaycanda görülən işlərlə yaxından
tanış olması üçün yaxşı imkan
yaratdığını söyləyib. Dövlət
başçısı İKT ölkələri turizm nazirlərinin
V Konfransının önəmini xüsusi vurğulayıb,
ÜTT ilə Azərbaycan arasında
əməkdaşlığın bundan sonra
genişlənəcəyinə ümidvar olduğunu bildirib.
525-ci qəzet.- 2006.- 12 sentyabr.- S.
3.