İlham Əliyev Pakistan, Türkiyə
və Səudiyyə Ərəbistanı Krallığının
turizm qurumlarının
rəhbərlərini qəbul
edib
Dünən Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Prezidenti
dünən, həmçinin,
Türkiyənin Mədəniyyət
və Turizm naziri Atilla Koç
və Səudiyyə Ərəbistanı Krallığının
Ali Turizm Təşkilatının Baş
katibi Sultan bin Salman bin
Əbdüləziz Al
Səudu də qəbul edib. Nazir Atilla Koç
bir neçə il bundan əvvəl
Bakıda olduğunu, ötən son illər ərzində ölkəmizdə çox
böyük inkişafın
baş verdiyini bildirib. O, İKT ölkələri
turizm nazirlərinin V Konfransının Azərbaycanda
yüksək səviyyədə
təşkil edildiyini
və bu mötəbər tədbirin
əhəmiyyətini vurğulayıb.
Sultan bin Salman bin Əbdüləziz
Aİ Səud də Bakıda yüksək səviyyədə təşkil
edilən konfransın
əhəmiyyətini qeyd
edib. Dövlət başçısı İlham
Əliyev respublikamızda
gedən inkişaf proseslərindən qonaqlara
məlumat verib. Azərbaycan Prezidenti nazirlərin bu səfərini, İKT-nin
Bakıda keçirilən
tədbirində iştirak
etməsini ölkəmiz
haqqında daha geniş və dolğun məlumat
almaları üçün
gözəl fürsət
kimi dəyərləndirib.
Görüşdə ölkələrimizin
müvafiq qurumları
arasında əlaqələrin
bundan sonra da genişlənəcəyinə
əminlik ifadə olunub.
Yeni Azərbaycan. -2006.- 12 sentyabr.-
S. 2.