İslam ölkələrinin turizm sahəsində əməkdaşlığının genişlənməsi Azərbaycanın dünyaya daha yaxından tanıdılması üçün yeni imkanlar açacaqdır

Bakıda İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin

turizm nazirlərinin V Konfransı

 

AzərTAc xəbər verir ki, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin Bakıda keçirilən V konfransının iştirakçıları sentyabrın 12-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı üzərinə əklil qoymuş, ruhuna dua oxumuş, əziz xatirəsinə ehtiramlarını ifadə etmişlər.

Qonaqlar tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül-çiçək düzmüş, ruhuna dua oxumuşlar.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev qonaqlara Fəxri xiyabanın tarixi barədə məlumat vermişdir.

 

Azərbaycan.- 2006.- 13 sentyabr.- S. 4.