Heydər Əliyev Fondu ilə tanışlıq
AzərTAc
xəbər verir ki, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin Bakıda keçirilən V konfransının iştirakçıları sentyabrın 12-də Heydər Əliyev Fondunda olmuşlar.
Fondun icraçı direktoru Anar Ələkbərov qonaqları səmimiyyətlə salamladı, mehribanlıqla qarşıladı.
Fondun ekspozisiyaları ilə
Dahi şəxsiyyətin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar qonaqlarda xoş təəssürat yaratdı. Onlar
fenomen şəxsiyyət Heydər Əliyevin
həyatının ən müxtəlif məqamlarını əks etdirən
və Azərbaycan tarixinin bütöv
bir dövrü barədə geniş təsəvvür
yaradan çoxlu sənədlərlə,
dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla,
dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət
və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında
fikirləri ilə tanış oldular, müxtəlif
ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə böyük maraqla baxdılar.
Görkəmli dövlət xadiminin islam ölkələrinin liderləri ilə müxtəlif
dövrlərdə keçirdiyi görüşləri, bu ölkələrə səfərləri, xüsusilə müqəddəs Məkkəni ziyarəti zamanı
çəkilmiş şəkillər qonaqlarda böyük təəssürat doðurdu.
Onlar fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyətini, ölkədə və beynəlxalq aləmdə yüksək hörmət və nüfuza malik olmasını da yüksək dəyərləndirdilər.
Qonaqlar fonddan zəngin təəssüratla ayrıldılar.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev qonaqları müşayiət edirdi.
Azərbaycan.- 2006.- 13 sentyabr.-
S. 4