İKT-nın turizm
nazirləri Bakıda loplaşıb
Konfransda 38 islam ölkəsi təmsil olunub
Bakıda İslam
Konfransı Təşkilatı
turizm nazirlərinin V konfransı öz işinə başlayıb.
APA-nın məlumatına
görə, konfransda
38 islam ölkəsi
təmsil olunub. Konfransın açılış
mərasimində çıxış
edən Azərbaycanın
Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev bildirib ki, konfrans
islam ölkələri
arasında turizm mübadiləsini və dostluq əlaqələrinin inkişafına xidmət edəcək. Onun sözlərinə görə,
tədbirdə olduqca vacib məsələlər
müzakirə olunacaq:
"Biz bir
sıra layihələr,
o cümlədən, islam
ölkələrində turizm
marketinqinə dair layihə ətrafında müzakirə aparacağıq". Ə. Qarayev
tədbirdə turizm baxımdan zəngin proqramın həyata keçiriləcəyini deyib:
"İştirakçılar Azərbaycanın görkəmli
yerlərinə səyahət
edəcək və turist şirkətlərinin
nümayəndələri ilə
görüşəcəklər. Eyni zamanda Azərbaycan mətbəxi ilə tanışlıq nəzərdə
tutulub". Qeyd edək
ki, sentyabrın
11-də konfransın işinə
Azərbaycan prezidenti İlham Əliyev, İKT baş katibi Ekmələddin İhsanoğlu
və Ümumdünya
Turizm Təşkilatının
baş katibi Françesco Frangialli də qatılacaq. Konfrans işini sentyabrın
12-də başa vuracaq.
Konfransda Bakı bəyannaməsi qəbul olunacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə
açıqlamasında Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazir bildirib ki, konfrans zamanı Bakı bəyannaməsinin
müzakirəsi nəzərdə
tutulub. Ə. Qarayev Bakı bəyannaməsinə Azərbaycan
torpaqlarının işğal
olunması ilə bağlı bəndlərin
də salınacağını
istisna etməyib.
"Artıq bu sənəd layihə kimi təqdim olunub. İnanıram ki, müzakirələr
müsbət ruhda keçiriləcək".
Ə.Qarayevin sözlərinə
görə, islam
ölkələri Azərbaycanın
turizm sahəsinə böyük
maraq göstərir:
"Əgər belə
olmasaydı, çoxlu
sayda ölkələrin
Azərbaycana gəlməsinin
şahidi olmazdıq".
Nazir deyib ki, Azərbaycan həm ərəb, həm də digər islam
ölkələri ilə
turizm sahəsində geniş əlaqə yaratmaq niyyətindədir:
"Artıq bu məqsədlə bir neçə qarşılıqlı
səfərlər təşkil
olunub, bu gün Azərbaycan dünyanın turizm xəritəsində kiçik
də olsa özünəməxsus bir
yer tutur".
Azadlıq. -2006.- 10-11 sentyabr.- S.
13.