İKT-nin üzvü
olan ölkələrin turizm
nazirlərinin Bakı konfransı başa
çatdı
İslam Konfransı Təşkilatının
üzvü olan ölkələrin turizm nazirlərinin V konfransı
sentyabrın 12-də Bakı
Bəyannaməsi və
qətnamə qəbul
edilməsi ilə başa çatmışdır.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirmişdir
ki, bəyannamənin mətninə ermənilərin
Azərbaycanın işğal
olunmuş torpaqlarında
təbii ehtiyatları
talaması, mədəniyyət
və tarix abidələrini dağıtması,
yanğınlar törətməsi,
habelə Ermənistan
ərazisindəki islam
mədəniyyət və
tarix abidələrini
məhv etməsi kimi əməllərini qətiyyətlə pisləyən
bənd salınmışdır.
Nazir bu sənədin belə redaksiyada qəbul edilməsini dünya turizm sənayesinin erməni faşizminin əsl niyyətlərini açıb
göstərən ciddi
çağırışı kimi qiymətləndirmişdir.
Forumda növbəti, VI konfransı
2008-ci ildə Suriyada keçirmək qərara alınmışdır.
Pakistanın turizm naziri Nilufər Bəxtiyar və forumun digər iştirakçıları
yekun iclasında çıxış edərək
qonaqpərvərliyə və
konfransın işinin
yaxşı təşkilinə
görə Azərbaycan
tərəfinə təşəkkürlərini
bildirmişlər.
***
Konfrans başa çatdıqdan sonra Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi adından forum iştirakçılarının şərəfinə Yaxt-klubda
qəbul təşkil
edilmişdir. Qəbul atəşfəşanlıqla
başa çatmışdır.
Azərbaycan.-2006.-13
sentyabr.- S. 4.