Qasımlı İ.
"Azərbaycanda turizm infrastrukturunun möhkəmlənməsinə
böyük vəsait
qoyulacaq"
İKT turizm nazirlərinin V konfransına qatılan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın təbii şəraiti turizmin inkişafı üçün şərait
yaradır
İslam Konfransı
Təşkilatının (İKT) turizm nazirlərinin Bakıda keçirilən
V konfransı dünən
öz işinə başlayıb. Mərasimə
prezident İlham Əliyev də qatılıb. Azərbaycanın
turizm imkanlarını
əks etdirən filmin nümayişindən
və Müqəddəs
Quran ayələri oxunduqdan sonra rəsmi hissə başlayıb. Prezident İIham Əliyev İKT-nin xarici işlər
nazirlərinin toplantısından
sonra bildirib ki, konfransın Bakıda keçirilməsini
əlamətdar hadisə
kimi qiymətləndirib
və bunun xüsusi əhəmiyyət
daşıdığını bildirib. Onun sözlərinə görə,
İKT qurumlarının Bakıda
toplantılar keçirməsi
bu təşkilatla Azərbaycan arasında əlaqələri daha da fəallaşdırır.
Prezident deyib ki, bununla Azərbaycan
həm də İKT-nin inkişafına öz töhfəsini verir, çünki Azərbaycan İKT ilə
əlaqələrin möhkəmlənməsinin
tərəfdarıdır.
"İslam Konfransı Təşkilatı
gücləndikcə, dünyada
gedən proseslərə
daha fəal təsir edəcək. Bu təşkilatın nüfüzu
artdıqca, mövqeyimiz
daha da güclənəcək.
İslam dünyası
çox böyük qüvvədir və biz bu imkandan səmərəli
istifadə etməliyik.
Son illərdə dünyada
baş verən proseslərdə birgə çağırışlarımız bu proseslərə təsir edir. İKT gücləndikcə onun siyasi təsir imkanları daha da genişlənəcək".
Ölkə başçısı
iqtisadi inkişaf tempinə görə Azərbaycanın dünyada
lider olduğunu bildirib. Azərbaycanda turizmin inkişafi üçün geniş imkanların olduğunu deyən İ.Əliyev özəl sektorun nümayəndələrini və
İslam ölkələrini
bu sahəyə investisiya qoymağa çağırıb. O, hökumətin
ölkənin turizm sahəsinin inkişafina böyük diqqət göstərdiyini deyib və əlavə edib ki, bu
gün ölkənin müxtəlif bölgələrində
3 yeni beynəlxalq aeroport, eləcə də müxtəlif bölgələrdə müasir
otellər tikilir, turizm infrastrukturunun möhkəmlənməsi üçün
böyük vəsaitlər
qoyulacaq: "Azərbaycanın
9 iqlim zonası, 800 kilometrdən çox sahil zonası olan çox gözəl təbii şəraiti var. Bu isə
onu göstərir ki, Azərbaycanda turizmin inkişafı üçün hər cür şərait var". İ.Əliyev
İKT-yə üzv ölkələrin çox böyük potensiala malik ölkə olduğunu və bu ölkələr
arasında daha böyük əməkdaşlığa
ehtiyac olduğunu deyib.
Siyasi məsələlərə
toxunan prezident İlham Əliyev 11 sentyabr terror hadisələrini
xatırladaraq Azərbaycanın
da uzun illərdən
bəri terrordan əziyyət çəkdiyini
bildirib: "Bölgə
və Azərbaycan üçün ən böyük təhlükə
mənbəyi olan Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi
uzun illərdir öz həllini tapmayıb. Ermənistanın
Azərbaycana qarşı
təcavüzü, etnik
təmizləmə siyasəti
nəticəsində bir
milyondan artıq azərbaycanlı öz torpağından didərgin
düşüb, 2000 nəfər
isə terrorun qurbanı olub. Azərbaycan ərazilərinin
işğal olunması
ilə bağlı Birləşmiş Millətlər
Təşkilatı, Avropa
Şurası və İslam Konfransı Təşkilatı qətnamə
və qərarlar qəbul etsə də, Ermənistan bu sənədlərə məhəl qoymur, münaqişə həllini
tapmır". Bəzi
qüvvələrin İslamı
terrorla eyniləşdirmək
cəhdlərini pisləyən
dövlət başçısı
bunu İslama təcavüz kimi qiymətləndirib. "İslam
tolerantlıq, sülh
dinidir. Biz bütün
dinlərin nümayəndələri
ilə əmin-amanlıq
şəraitində yaşamaq
istəyirik. İslam dünyada terrorizmə qarşı mübarizə
aparan dindir. Bütün ölkələrin
terrorizmə qarşı
səyləri birləşməlidir.
Təkbaşına bu
bəla ilə mübarizə aparmaq mümkün deyil. Azərbaycan bu işdə, hər zaman olduğu kimi, yenə də öz töhfəsini verməyə
hazırdır".
İKT-nin baş katibi Ekmələddin İhsanoğlu
isə Azərbaycanın
bu təşkilatın
fəaliyyətini gücləndirməyə
yönəlmiş siyasətini
müsbət qiymətləndirib.
O, İKT ölkələri arasında iqtisadi, ticarət və turizm əlaqələrinin
gücləndirilməsinin vacib
olduğunu deyib. Dünyada turizm sahəsində inkişafın
hiss edildiyini deyən
İKT-nin baş katibi keçən il dünya ölkələrinin
turizmdən 35 milyard
dollar əldə etdiyini
bildirib: "Ötən
il dünya ölkələri bir-birindən
18 milyon turist qəbul edib. İslam ölkələri
arasında ən çox turist qəbul edən ölkələr Türkiyə
və Malayziya olub. Azərbaycanın da geniş turizm
potensialına malik ölkə olduğunu söyləyən E.İhsanoğlu
deyib ki, ölkəmizin təbii resurslarının, unikal tarixi abidələrinin, qeyri-adi flora və faunasının olması turizmin inkişafına imkan verir. "Turizm ölkənin həqiqi imici və bəşəriyyət
qarşısında duran
məqsədlərə nail olmaq üçün çox vacib və səmərəli vasitədir", - Ekmaleddin
İhsanoğlu əlavə
edib.
Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Françesko Frangialli isə deyib ki, ötən il dünyada 800 milyon turist olub
ki, bunun da 109 milyonu İslam ölkələrinin
payına düşüb.
O qeyd edib ki, bir sıra
mənfi təzahürlər,
o cümlədən dünyada
baş verən terror hadisələri, "quş
qripi" təhlükəsi
və neftin qiymətinin bahalaşması
da turizmin inkişafını əngəlləyə
bilməyib, nəticədə
ötən il turizmin inkişafında
5,5 faiz artım baş verib. ÜTT-in rəhbərinin fikrincə,
bir sıra İslam ölkələri
dünyanın turizm xəritəsində yeni parlayan ulduza çevrilə bilər.
Frangiallinin sözlərinə
görə, Məhəmməd
peyğəmbərin (ə.s.)
karikaturaları ilə
bağlı yaranmış
vəziyyət İslama
olan qərəzli münasibətin və bu dinə münasibətdə
Qərb və İslam dünyası arasında anlaşılmazlığın
mövcud olduğunu göstərdi. "İslamı
terror dini kimi qələmə vermək
olmaz. İslam - məhəbbət və sülh dinidir", - F.Frangiallinin fikrini tamamlayıb.
Xatırladaq ki, konfransda 38 islam ölkəsi təmsil olunub. Azərbaycanın Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev konfransın açılış
mərasimində çıxış
edərək bildirib ki, toplantı islam ölkələri arasında turizm mübadiləsi və dostluq əlaqələrinin
inkişafına xidmət
edəcək. Onun sözlərinə görə,
tədbirdə vacib məsələlər müzakirə
olunacaq: "Biz bir sıra layihələr, o cümlədən islam ölkələrində turizm
marketinqinə dair layihə ətrafında müzakirə aparacağıq".
Tədbirdə turizm baxımından zəngin proqram hazırlanıb. İştirakçılar Azərbaycanın
görməli yerlərinə
səyahət edəcək
və turizm şirkətlərinin nümayəndələri
ilə görüşəcəklər.
Bundan başqa, Azərbaycan mətbəxi
ilə geniş tanışlıq nəzərdə
tutulub: Konfrans işini sentyabrın
12-də başa vuracaq.
525-ci qəzet.
-2006.- 12 sentyabr.- S. 1; 3.