Türkiyə mütəxəssisləri turizm sənayesinin inkişafına damükəmməl plan hazırlanmasında Azərbaycana kömək  edəcəklər

 

Türkiyə mütəxəssisləri turizm sənayesinin inkişafına dair plan hazırlanmasında Azərbaycana kömək edəcəklər. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin türk həmkarı Atilla Koç ilə görüşündə bu barədə söhbət getmişdir.
Ə.Qarayev turizm sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin səviyyəsini və ölkəmizin turizm sektorunun inkişafında Türkiyə ekspertlərinin dəstəyini yüksək qiymətləndirmişdir. O, Azərbaycanın dünyada siyasi nüfuzunun artmasından danışaraq belə bir faktı inandırıcı sübut kimi göstərmişdir ki, təkcə son üç ayda ölkəmizdə İslam Konfransı Təşkilatı çərçivəsində bir neçə qlobal tədbir keçirilmişdir.
Görüşdə Türkiyədə Azərbaycan mədəniyyəti günləri keçirilməsi, habelə TÜRKSOY Beynəlxalq Təşkilatının növbəti iclasına hazırlıq məsələləri də müzakirə edilmişdir. İclasda TÜRKSOY-un yeni Baş katibi seçiləcək, habelə təşkilatın qurumlarının islahatı məsələsinə baxılacaqdır.

 

Azərbaycan.-2006.-13 sentyabr.- S. 4.