Gəncədə
Beynəlxalq Festival
Sentyabrın 8-dən 10-dək Gəncə şəhərində Təsviri İncəsənət üzrə Beynəlxalq Festival keçiriləcək. Festivalın təşkilatçısı Bakı İncəsənət Mərkəzi, maliyyə təminatçısı isə Azərbaycan Açıq Cəmiyyət İnstitutu Yardım Fondudur.
Bakı İncəsənət Mərkəzindən
verilən məlumata görə, festivalda Türkiyə,
İran, Rusiya, Qazaxıstan, Gürcüstan, eləcə
də Azərbaycan rəssamları iştirak
edəcəklər. Festivalın proqramına müxtəlif
mövzulu sərgilərin keçirilməsi, həm də
Gəncə rəssamlarının böyük sərgisi
daxildir. Eləcə də proqramda konseptual
incəsənətin təqdimatı böyük yer tutur.
Beləliklə, Gəncə əhalisi müasir Azərbaycan,
yaxın və uzaq xarici ölkələrin
incəsənəti ilə tanış olmaq imkanı
əldə edəcək. Həm də incəsənətin
müxtəlif formaları onların diqqətinə təqdim
olunacaq. Onların sırasında instalyasiyalar, aksiyalar,
video-artlar, land-artlar və başqaları var.
Festivalın
proqramına eyni zamanda, xalq və caz musiqisi kollektivlərinin
çıxışları daxil edilib. Festival Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi və Gəncə
Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə
keçiriləcək.