Həsənzadə A.
İstedadlı
rəssam, gözal insan
Kətan üzərində işlədiyi
portretlər içərisində tanınmış
şəxsiyyətlərdən Şəhriyarın,
A.Şaiqin, Ü.Hacıbəyovun, S.Vurğunun, Ə.Vahidin,
H.Cavidin, S.Rüstəmin, Bülbülün, R.Rzanın və
bir çox insanların obrazlarını Tofıq Kərimov
xüsusi zövq və böyük sənətkarlıqla
yaratmışdır. Onun fırçasına məxsus onlarla
gözəl əsərlər incəsənət, maarif,
N.Nərimanov adına, Nizami adına Ədəbiyyat
muzeylərində, eləcə də Azərbaycanın
müxtəlif bölgələrində fəaliyyət
göstərən qalereyalarda, mədəniyyət ocaqlarında
nümayiş etdirilir. Bunlarla yanaşı Tofıq Kərimovun
Azərbaycanın görkəmli şairi A.Şaiqin Mənzil
Muzeyi üçün işlədiyi portretlər ekspozisiyada
nümayiş etdirilir.
Bu gün muzeyə gələn
hər bir şəxs otaqlarda xüsusi aura yaradan Tofıq
müəllimin yağlı boyalarla işlədiyi
portretləri heyranlıqla seyr edir, bir daha rəssamın
ecazkar sənətinin şahidi olur.
Ancaq təəssüf doğuran odur ki, əvəzsiz xidmətləri olan bu insan nədənsə unudulmuşdu. Onun sənətinə sağlığında layiqincə qiymət verilmədi. Axı o, nəinki əməkdar, xalq rəssamı adına da layiq idi... Tofıq müəllim vaxtilə muzeyimizin bütün tədbirlərində yaxından iştirak edirdi. A.Şaiqlə bağlı maraqlı xatirələr danışan, zarafatyana şirin söhbətləri ilə Kamal müəllimin, Ülkər xanımın, Minaxanım, Səadətin, Arzunun ürəklərinə yol tapan Tofıq müəllim gözəl ailə başçısı idi. A.Şaiqin Mənzil Muzeyində təsərrüfat müdiri kimi çalışan oğlu Rauf sanki atasının bütün müsbət xüsusiyyətlərini özündə cəmləşdirmiş, öz işgüzarlığı və səmimiliyi ilə kollektivin məhəbbətini qazanmışdır. Qızı Simuzər isə bacarıqlı tibb işçisidir. Pedaqoji kollektivdə çalışan ömür-gün yoldaşı Nəzirə xanım və gəlini Südabə xanım həmişə bu ailənin adına baş ucalığı gətiriblər. Nəvələri Orxan, Turan, Firdusu canından çox sevən Tofıq müəllim sevgisini şerlə çox gözəl və təbii ifadə etmişdir.
Sakit təbiətli, üzündən həmişə təbəssüm, nur tökülən bu insan haqqmda nə qədər danışmaq olar. Çox təəssüf ki, qəfıl, amansız ölüm bir payız günü onu bizdən alıb apardı. Tofıq müəllim payız fəslini çox sevirdi. Hər şeydə bir gözəllik tapırdı. Bu il payızın gözəlliklərini görməz oldu. Sarı yarpaqlar -payızın son akkordları... Çalınır yorğun, həvəssiz... Axır torpağa tək-tək, ikibir, üçbir...Yarpaqların axırı ömrümüzə bənzəyir... Tofıq müəllim bu yarpaqları ömrün təqvimi adlandırardı...
Azərbaycan xalqı üçün əvəzolunmaz xidmətlər göstərən gözəl rəssam Tofıq Kərimov həmişə ürəklərdə yaşayacaq, əsərləri müxtəlif sərgilərdə, muzeylərdə, elm və təhsil ocaqlarında nümayiş etdirilib böyük rəğbətlə qarşılanacaq. Onun haqqında ürəkdolusu danışdıqca bir daha bu insanın sənəti, qeyrəti və milli ruhu qarşısında baş əyirsən.
O, dünyaya bir payız günü göz açmışdı... Soyuqluğu, sərtliyi, küləyi ilə ürəkləri üşüdən, yarpaqları qoparan bu payız da Tofıq müəllimi özü ilə apardı. Qəbrin nurla dolsun, Tofıq müəllim!
Mədəni-maarif işi.- 2006.- №
8.- S. 43.