Nəzakət
... Dünyasını vaxtsız
dəyişmiş
mərhum sənətkarın
sənətindən ştrixlər
Mən ədalətli olmağa
çalışırdım...
... Mən bəşəriyyəti
sevmək və ona xidmət etməyə çalışırdım...
Yeni Qalereyada tanınmış rəssam və ictimai xadim, mərhum sənətkar Müslüm Eldarovun 50 illiyinə həsr olunmuş sərginin açılış mərasimi keçirildi.
Tədbiri
giriş sözü ilə Yeni Qalereyanın direktoru Rafael Gülməmmədli
açaraq, həyatını yarımçıq qoymuş
sənəkarın sənət yolundan söz açdı.
Azərbaycan rəssamlıq məktəbində
özünəməxsus dəsti-xətti olan Müslüm
Eldarov sənəti ilə dünyanın
müxtəlif ölkələrində xalqımıza
məxsus olan sənət ənənələrini
təbliğ etməyə çalışırdı.
Vətənin həqiqi oğlu olduğu üçün
Müslüm Eldarov özünün əsas borcunun müasir
Azərbaycan mədəniyyətinin
populyarlaşdırılmasında görürdü.
Azərbaycan mədəniyyətinin təbliğ edilməsi, hər beynəlxalq dövlətdə onun təşəbbüsü ilə təşkil edilmiş tədbirlərdə milli bayrağımızın qaldırılmasının vacibliyini dərk edən mərhum sənətkar iştirakçısı olduğu mərasimlərdə buna nail olmağa cəhd göstərirdi.
Bir çox tədbirlərin təşkilatçısına çevrilən Müslüm Eldarov fəaliyyəti ilə bütün düşündüklərini reallaşdırmağa çalışmışdı. İstedadı,
zəngin ideyaları, bacarığı və
məqsədəyönlü fəaliyyəti ilə
genişmiqyaslı nəticələrin əldə
olunmasına nail olmuşdur. O, Azərbaycanın
Yaradıcı Gənclərin Assosiyasının
rəhbəri (SSRİ ərazisində birinci qeyri-formal
birləşdirmə), Bakı İncəsənət Mərkəzinin
yaradıcısı, "Kaspian" və
“Salanf”, “Great Sifk Roac”, "Kaspian Research"
jurnallarının, İngiltərədə Azərbaycan Mədəni nümayəndəliyinin, Londonda "Humay" bədii qalereyasının, Beynəlxalq nəşriyyat evi "Anqlo-Kaspian Publishing LTD" və məlumat agentliyi "GSRWnews" müəssisələrinin yaradıcısı və Qazaxıstan, Özbəkistan, Azərbaycan Dövlət Kitabların naşiri, çoxsaylı xarici sərgilərin və konsertlərinin təşkilatçısı olmuşdur.
Müslüm Eldarov
Azərbaycan mədəniyyətinin dünyanın müxtəlif
ölkələrində
təbliğatçısına çevrilmişdir. Onun
təşəbbüsü və
təşkilatçslığı ilə Bakıda birinci
beynəlxalq fotomüsabiqəsi keçirilmişdir. Müslüm Eldarov
qoyduğu bu ənənəvi fotomüsabiqəsi bu gün
də paytaxtımızda təşkil olunur və həmin
müsabiqə mərhum sənətkarın adını daşıyır.
Xatirə sərgisində Müslüm Eldarovun atası respublikanın xalq rəssamı Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov çıxış edərək, Azərbaycan rəssamlıq məktəbinə imzasını atmış oğlunun vətənpərvərlik duyğularından söz açıb, onun yaradıcılıq fantaziyasına geniş yer verdi.
Qısa bir
ömür yaşayan sənətkarın Azərbaycan
mədəniyyətinin inkişafı naminə
gördüyü işlərin, məhz vətənpərvərlik
hissllərindən irəli gəldiyini iştirakçıların
nəzərinə çatdırdı. Müslüm Eldarov
dünyasını vaxtsız dəyişmiş olsa da,
onun yaratdığı əsərlər, gördüyü
işlər sənətkarın işığını
hər zaman bizimlə bərabər yaşadır. Onun zahiri
cizgiləri daxili dünyasının iç üzünü
açıq-aydın göstərir və ziyalılıq
mövqeyini təsdiqləyir. Tədbir istirakçıları
Müslüm Eldarovun portretinin, məhz onu tanıyanlar tərəfindən həmişə beləcə qalacağını bildirdilər.
50 illik yubileyə həsr olunmuş xatirə
sərgisindən Müslüm Eldarovun sənət dünyasının illərindən yadigar qalmış əsərlər tədbir iştirakçılarının ixtiyarına verildi. Bu əsərlərin hər birində Müslüm Eldarovun qapalı qalmış fikirlərindən olan ştrixlər fırçanın dili ilə sənətsevərlərə çox şeylərdən söz açırdı.
Səs.- 2006.- 20 sentyabr.- S. 12.