Turanə
Gəncə rəssamlarının sərgisi
keçirilir
Dünən Səttar
Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda
Gəncə rəssamlarının "Gəncə boyaları"
adlı sərgisi keçirildi. Sərgidə
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
çıxış edərək söylədi ki, bu gün
respublikamızın mədəniyyət sahəsində
əlamətdar günlərdən biridir. Bu tədbir həm
də onunla əlamətdardır ki, bu salonda keçirilən
sərgi digər böyük bir tarixlə də
üst-üstə düşür. Bu da təsadüf deyil. Elə bu səbəbdən
də sərginin bu gün keçirilməsini qərara
almışıq. "Xatırladım ki, 3 gündür ki,
Gəncə şəhərində təntənəli
tədbirlər keçirilir. Azərbaycanın ən qədim
şəhəri olan, bəlkə də dünyanın ən
qədim şəhərləri sırasında
seçilən Gəncənin 2500 illik tarixi qeyd olundu.
Sözsüz ki, bizim incəsənət xadimləri o tədbirdə
fəallıqla iştirak ediblər. Deyim ki, Gəncə
rəssamlıq məktəbinin özünəməxsus
ənənələri mövcuddur. Artıq beynəlxalq
səviyyədə təmsil olunan sərgilərdə məhz
onların da əsərlərini görmək olar. Çox
şadam ki, son zamanlar Gəncədə aparılan
işlərin müqabilində rəssamlara yetirilən
diqqət kifayət qədər gözə çarpır. Bunların
sırasına bu yaxınlarda Gəncədə şəhərin
mərkəzində yeni bir qalereyanın
açılmasını daxil etmək olar. Elə hesab
edirəm ki, bu gün sərgilənən rəsmlər
hesabına Gəncənin hazırkı incəsənət
mənzərəsi haqqında dolğun məlumat
veriləcək. Biz bu ənənəni davam etdirmək
niyyətindəyik. Belə ki, ilboyu bu və ya digər salonlarda
respublikanın digər bölgələrinin də
rəssamlarının əsərlərini görəcəyik.
Düşünürəm ki, bu cür mübadilə həm
regionların zənginliyi, həm də məktəblərin
bir-birirıə qoşulması və ümumi Azərbaycan
rəssamlıq məktəbinin inkişafına daha da
təkan verəcək".
Daha sonra Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov
çıxış edərək bu günün
önəmindən danışdı. "Naxçıvan,
Şəki rəssamları özləri bəzən
iştirak etməsələr də, son zamanlar onların
əsərləri Bakıda tez-tez sərgilənir. Artıq
bir neçə ildir ki, biz Gəncə rəssamlarının
əsərlərinin Bakıda seyrçisi ola bilmirdik. Onu deyə
bilərəm ki, burada sərgilənən əsərlər
istedadlı rəssamlarımızın olduqca gözəl
və mükəmməl işləridir". Tədbirin
sonunda Ə.Qarayev və F.Xəlilov açılış
rəmzi olan qırmızı lenti kəsdilər və
tədbir iştirakçıları Rüstəm Cəmaləddinin
"Qız portreti", Əhmədzadə Natiqin
"Muğam", Vahab Cəfərovun "Fantaziya",
Fərhad Əliyevin "Qədim Gəncə",
Elşən Abdullayevin "Çaykənd", Faiq Osmanovun
"Karvan" əsərlərinin seyrçisi oldular. Qeyd
edək ki, sərgidə 21 müəllifin 130 əsəri
nümayiş etdirilirdi.
Yeni Azərbaycan.- 2006.- 26 sentyabr.-
S. 8.