Əliyev Z.

Bədii tikmə

 

Tikmələr Azərbaycan xalqının estetik duyumu zövqü ilə yanaşı, onun yaradıcı təxəyyülünün nəhayətsizliyini nümayiş etdirən maddi-mədəniyyət nümnələridirlər. Tikmə bəlkə dekorativ-tətbiqi sənətin yeganə növüdür ki, özünün məişətdə geniş yer alması ilə hər kəsin dünyasının bədiiləşmiş formalaşmasında çox yaxından iştirak edir. Əgər tikmələrə müxtəlif geyimlərin üzərində, məişətimizdə geniş istifadə olunan pərdələrin, örtüklərin, süfrələrin, balıncların, mütəkkələrin, qadın başmaqlarının, möhür Quran qablarının, canamazların, namazlıqların, yelpiklərin, kəmərlərin, tənbəki kisəsinin digər neçə-neçə əşyanın üzərində rast gəldiyimizi etiraf etsək deməliyik ki, bütün bunlar gün ərzində hər bir adamın zövqünə kifayət qədər təsir edə biləcək estetik qaynaqlardırlar.
Başqa sənət növlərindən fərqli olaraq ən qədim tikmələrin bizim dövrümüzə gəlib çatması qeyri-mümkün olsa da, arxeoloji qazıntıların nəticələri tarixi mənbələr tikmənin Azərbaycanda çox qədim tarixə malik olduğunu sübut edir. Mingəçevirdə tapılan arxeoloji materiallar (eramızdan əvvəl II-I minillik) arasında qadın qəbirlərindən üzə çıxarılan tunc bəzəklərin, metal piləklərin, rəngli muncuqların çoxluğu, eləcə həmin yerlərdəki eramızın V-VI əsrlərinə aid katakomba qəbirlərdən üstündə tikmə izləri olan ipək parçaların tapılması da bilavasitə tikmə sənətinin Azərbaycanda çox-çox keçmişdə təşəkkül tapdığını təsdiqləyir. Vaxtilə Azərbaycanda olmuş italiyalı səyyah Marko Pollo (XIII əsr), ingilis səyyahı Antoni Cenkinson (XVI əsr), alman səyyahı Adam Oleari (XVII əsr) fransalı yazıçı Aleksandr Düma (XIX əsr) sənətkarların ipək qızılı saplarla, gümüşü zərlə yaratdıqları tikmələri yüksək dəyərləndirmişlər.
Qeyd etmək lazımdır ki, Azərbaycanın yerli xammalla zənginliyi, pambıq, yun ipək parçaların istehsalı tikmə sənətinin geniş yayılması üçün münbit şərait yaratmışdı. Şamaxı, Gəncə, Şəki Basqalda istehsal olunan qanovuz, darayı, mahud məxmər tikmələr üçün ən münasib material idi. Onların üzərində yerli təbii boyalarla rəngləşmiş ipək yun saplardan, piləklərdən istifadə etməklə ustalar ecazkarlığı ilə seçilən müxtəlif tikmələr yaradırdılar. Qızılı gümüşü saplar, pilək, toz muncuq, sim s. xammallar isə xaricdən gətirilirdi.
Azərbaycan tikmələri güləbətin, təkəlduz, pilək, cülmə, quş gözü, muncuqlu, qurama, oturtma, doldurma, sırıma s. növlərə bölünür.
Onların ən geniş yayılanı təkəlduz tikmədir. Onun yerliyi əsasən qara, qırmızı tünd sürməyi mahuddan, yaxud da məxmərdən ibarət olur. Belə tikmələrin kompozisiyalarını əsasən nəbatat heyvanat aləmini əks etdirən süjetlər təşkil edir. Bu üsulla, yəni təkəlduz texnikasında, yəni saxnağa geydirilmiş parça üzərində naxışı kökləməklə onun üstünü sapla doldurardılar. Bu növdə qadınlarla bərabər kişilər maraqlı nümunələr yaradıblar. Təkəlduzun örtüklərə, pərdələrə, balınclara bəxş etdiyi gözəllik ölçüyəgəlməz idi. Təkəlduza xas olan mürəkkəb naxışlarqarmaqdeyilən iynə yaradılırdı. Şəki, Şamaxı, Qarabağ, Gəncə, Bakı Təbriz şəhərləri təkəlduz ənənələrini yaşadan mərkəzlərdən sayılır.
Güləbətin tikmələr adətən ağır-davamlı bahalı parçalar üzərində yaradılır. Tirmə parçaların yerlik kimi istifadə olunduğu bu tikmə növündə əsasən qızıl gümüş saplar tətbiq olunur. Güləbətin tikmələr arxalığın, çəpgənin, araqçının, saat daraq qabının digər məişət əşyalarının üzərində olur. Naxış ünsürü kimi əsasən stilizə edilmiş quş, at, insan, gül-çiçək yarpaq təsvirlərindən istifadə edilir. Naxçıvan, Bakı, Şamaxı, Quba,
Şuşa, Təbriz şəhərlərinin ustalarının güləbətin tikmələri həmişə onlara şöhrət gətirən olmuşdur.
Qeyd edək ki, güləbətin tikmələrin adının Nizami Gəncəvi (XII əsr), Molla Pənah Vaqif (XVIII əsr) M.Y.Lermontovun (XIX əsr) şerlərində, aşıqların qoşmalarında çəkilməsi onun geniş şöhrət tapdığını əks etdirir.
Piləklə tikmədə müxtəlif dairəvi formalı metal parçalarından (qızıl, gümüş, bürünc, dəmir) istifadə olunur. Mərkəzində kiçik deşiklər olan xırda düymə formalı piləkləri sapla rəngli ipək parçalara bərkidirlər. Sonda müəyyən süjet, həndəsi nəbati naxış əsasında düzülmüş piləklər bütünlükdə gözəl bir mənzərə yaradır. Bu növdən daha çox taxça, pəncərə pərdəsi, örtük, yelpik s. bəzədilməsində istifadə olunur. Şəki, Qazax, Gəncə, Şamaxı
Şuşa bu tikmə növünün geniş yayıldığı yerlərdir.
Icrasına görə daha çlx güləbətin tikməyə uyğun gələn quş gözü (ona Abşerondacinağı”, Naxçıvandacülmə deyirlər) əsasən araxçınların şəbkülahların bəzədilməsində istifadə edilirdi.
Muncuqlu tikmələr isə adından da göründüyü kimi bilavasitə rəngbərəng xırda muncuqların köməyi ilə yaradılır. Pul kiçəsinin, daraq qabının, kiçik torbaların, başmaqların s. əşyaların üzəri muncuqlardan ibarət nəbati həndəsi naxışlarla bəzədiləndə çox güclü estetik təsirə malik olur. Bizim dövrə gəlib çatmış Gəncə xanı Cavad xana məxsus qəlyan çubuğu, Qarabağ xanı Pənah xana aid edilən əl ağacı, məşhur şairə Xurşud banu Natəvan tərəfindən bəzədilmiş başmaqlar fincan örtüyü bu tikmə növünün bədii-estetik dəyərinin çox yüksək olduğunu təsdiqləyir.
Tikmənin qurama növü isə rəngbərəng parça hissələrinin ən müxtəlif şəkildə yan-yana düzülərək tikilməsi yolu ilə yaranır. Taxça başı örtüklərin yaranmasında bu növdən istifadə olunur. Əsasən həndəsi naxışlı bu tikmələr daha çox Şəki, Abşeron, Qazax Şamaxıda yayılmışdır.
Həm qondarma, həm oturtmaadlanan tikmə növü hər hansı parçanın ayrıca kəsilib digər bir parça üzərinə qoyulub ətrafının tikişlə haşiyələnməsi ilə yaradılır. Çox vaxt naxış rolunu oynayan müxtəlif formalı parçanın altına pambıq yaxud yun qoymaqla onun daha da qabarıqlığına nail olunurdu ki, bu da ayrı-ayrı örtüyün pərdənin tərtibatını daha da gözəlləşdirirdi. Bu növ daha çox Abşeron, Naxçıvan, Qərbi Azərbaycan, Gəncə Qazaxda geniş yayılıb.
Divar bəzəklərini, rübəndləri pərdələri bəzəyən doldurma tikmə, şəbküllah, araxçın, canamaz, namazlıq yorğanların bəzəyində istifadə olunan sırıma tikmə milli bədii sənətkarlığımızın zənginliyindən xəbər verir.
Sankt-Peterburqun Dövlət Ermitajı keçmiş SSRI xalqlarının etnoqrafiya muzeylərində, Moskvanın Şərq xalqlarının incəsənəti muzeyində,
Budapeşt dekorativ sənət muzeyində, eləcə Bakı Şəki muzeylərində milli tikmələrin ən yaxşı nümunələri saxlanılır.
Xurşud banu Bəyim (XIX əsr, Gəncə), Xurşud banu Natəvan (XIX əsr,
Şuşa), Məsumə Fətəliyeva (XX əsr, Naxçıvan), Sitarə Rəhimova, Filurə Şeyxova, Arifə Əliyeva (hamısı XX əsr, Bakı), Möhtərəm Hüseynzadə Abuzər Lətifov (hər ikisi XX əsr, Şəki) b. sənət tariximizə gözəl nəfis tikmələr müəllifi kimi daxil olublar.

 

Azadlıq.-2006.-10-11 sentyabr.- S. 15.