Əzizqızı D.

“Xalq sənəti nümunələri” sərgi müsabiqəsi

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, tariximizin öyrənilməsi, tədqiqi, qorunub saxlanması, təbliği və inkişaf etdirilməsi istiqamətində xeyli işlər görülmüş, bu sahəyə qayğı, diqqət artırılmışdır.

Qax Rayon Mədəniyyət və Turizm Şöbəsində də milli-mənəvi dəyərlərimizin öyrənilməsi, qorunub saxlanması daim diqqət mərkəzindədir. Mədəni-maarif müəssisələrində bu məqsədlə müxtəlif səpkili tədbirlər hazırlanıb, həyata keçirilir.

Səməd Vurğun adına rayon mədəniyyət evində Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı ilə birgə Rayon Mədəniyyət Turizm Şöbəsinin təşkil etdikləri sərgi-müsabiqə belələrindəndir. Müsabiqədə əsas məqsəd turizmin inkişafi ilə bağlı rayonda xalq sənətinin müxtəlif növləri üzrə məşğul olan el sənətkarlarını aşkara çıxarmaq, onların yaratdıqla sənət nümunələrini nümayiş etdirməkdir.

İki gün davam etmiş «Xalq sənəti nümunələri» adlı sərgi-müsabiqədə 130 adda müxtəlif tətbiqi sənət nümunələri toplanıb nümayiş etdirilmişdir. Müsabiqədə yaşmdan asılı olmayaraq xalq sənətinin müxtəlif növləri üzrə bacağı bu işlə məşğul olan sənətkarlar iştirak etmişlər. Sərgiyə yüzlərlə rayon sakini tamaşa etmişdir.

28 may Respublika günü sərgiyə yekun vurulmuşdur. Təşkilat komitəsi tərəfindən qaliblər müəyyənləşdirilmiş, Respublika günü münasibəti ilə keçirilmiş konsert proqramında qaliblərə Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı, Rayon Mədəniyyət Turizm Şöbəsi, Şəhər Bələdiyyəsi tərəfindən ayrılmış pul mükafatları verilmişdir.

Sərgidə Muzey işi üzrə Respublika Elmi-metodiki Mərkəzin direktoru Samit Məsimov iştirak etmişdir. O, sərgi iştirakçılarına uğurlar arzulamış, təşkilat komitəsinə öz dəyərli tövsiyələrini vermişdir.

 

Mədəni-maarif işi.- 2006.- ¹ 8.- S. 31.