Kanadada Suğra Bağırzadənin sərgisi
Bu yaxınlarda aktrisa və
rəssam Suğra Bağırzadənin əl işlərindən
ibarət fərdi sərgisi açılacaq. Bu barədə APA-ya S. Bağırzadənin
özü məlumat verib. O bildirib ki, yaxın aylarda Kanadaya səfər edəcək: "Kanadaya dəvət almışam
və düşünürəm
ki, səfərim uğurlu olacaq. Səfər çərçivəsində
həmin ölkənin
tanınmış sərgi
salonlarından birində
kolleksiyamda olan əsərlər nümayiş
etdiriləcək". S. Bağırzadənin
sözlərinə görə,
gələn ay onun Ukraynada və Moskvada da sərgiləri təşkil olunacaq.
Palitra.- 2006.- 6 sentyabr.- S. 13.