Qarabağ xalçaları ABŞ-da və Kanadada satılır

 

Erməni xalçaları adıyla Azərbaycanın torpaqları kimi mədəniyyəti də işğal altındadır. Milli musiqimizi, rəqslərimizi, daşınan və daşınmaz abidələrimizi erməniləşdirməyə çalışan işğalçılar, milli ornamentlərimiz əsasında toxunan xalçaları "erməni xalçası" adı altında ABŞ-da və Kanadada satışa çıxarıblar.

İşğal olunmuş ərazilərimizdə yaradılan "Ovani" xalçaçılıq fabrikində Azərbaycan ornamentləri əsasında toxunan xalçalar, həmçinin bərpa olunan Azərbaycan xalçaları "Qarabağ (erməni) xalçaları" adıyla Fransanın Paris, Lion və Marsel şəhərlərinin sərgi salonlarında nümayiş etdirilir.

 

Xalq cəbhəsi.- 2006.- 7 sentyabr.- S. 15.