Mükərrəmoğlu  M.

 

Azərbaycan xalçası xalqın maddi mənəvi  sərvətidir

 

Sənətşünaslıq doktoru, əməkdar mədəniyyət işçisi Röya TağıyevanınAzərbaycan xalçası məişətdəkitabı haqqında qeydlər
Qarşımda çox qiymətli bir kitab var. Xalqımızın mənəvi dünyasını yaşadan xalçaçılıq sənətinə həsr olunmuşdur.
Ümumiyyətlə, nəzərə alsaq ki, son illər milli xalçaçılıq sənətimizin öyrənilməsinə həsr olunmuş tədqiqat əsərləri çox nadir hallarda çap olunur, bu kitab əslində həmin boşluğu doldurmaq baxımından çox əhəmiyyətlidir. Röya Tağıyeva uzun illərdir ki, bu sənətin tədqiqi ilə məşğul olan alim kimi tanınmışdır. Azərbaycan xalçasının tarixi, müasir vəziyyəti ilə bağlı onun beynəlxalq tədbirlərdə etdiyi məruzələr çox böyük maraqla qarşılanmışdır. Məlumat üçün bildirək ki, Röya xanım uzun müddətdir Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə rəhbərlik edir.
OnunAzərbaycan xalçası” (1999) Nizami obrazları xalçalarda” (1991) adlı monoqrafiyaları xalçaçılıq sənətimizin tədqiqinə qiymətli töhfədir. Azərbaycan xalçası məişətdəadlı bu yeni kitabı isə bir növ əvvəlki tədqiqatlarının davamıdır. Kitabın girişində deyilir: “Tədqiqatda əsas məqsəd ənənəvi xalça terminologiyalarından çıxış edərək, xalçanı azərbaycanlıların məişəti etnomədəni ənənələri kontekstində öyrənmək olmuşdur”.
Müəllifin fikrincə, Azərbaycan xalça sənəti, incəsənətin başqa sahələri kimi, özünün yüksəliş dövrünü yaşamış, bununla yanaşı, bu sənətdə ideya obrazların bədii ifadə sistemlərinin əsl xalq ruhundan gələn əsaslarına sədaqəti qorunub saxlanılmışdır. Azərbaycan xalçasının zəngin bədii xüsusiyyətləri forma əlvanlığı onun yaranma tarixindən müşahidə olunmuşdur. KitabınAzərbaycan xalçası milli ümumbəşəri sərvətdiradlı ilk bölməsində bu barədə geniş bəhs olunmuşdur. Müəllif yazır: “Arxeoloji tapıntılara görə, hələ tunc dövründəermazından əvvəl ikinci minillikdə, Azərbaycan ərazisində yumşaq xalça materiallarından istifadə etməklə, yüksək texnikası bədii dəyərinə görə seçilən müxtəlif məişət əşyaları hazırlamağı bacarırdılar”.
Sonrakı əsrlərdə praktiki olaraq Azərbaycan xalqının həyat məişətini özündə əks etdirən xalçaçılıq sənəti geniş sosial hadisə kimi nəzəri cəlb etməkdədir.
Oxucu kitabın bu bölməsində milli xalçaçılıq sənətimizin tarixinə bir növ ekskurs edəcək, həmçinin, xalqın varlığının, qürur hissinin göstəricisi olan Azərbaycan xalçasının bütöv bir bədii sistem kimi dərin təkrarolunmaz məzmunu, yüksək forma rəngarəngliyi haqqında da məlumat əldə edə biləcəkdir. Burada deyilir ki, XVIII əsrdən başlayaraq Azərbaycan ərazisində (Şimali Cənubi Azərbaycan) lokal xalçaçılıq məktəbləri yaranmışdır. Bu gün Azərbaycan xalçaçılıq sənətində Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ, Təbriz, Ərdəbil, Mərənd, Zəncan, Qaradağ, Urmiya, Marağa, Xalxal kimi məşhur xalça məktəbləri mövcuddur. Bölmənin sonunda müəllif yazır: “Hər bir xalq dünya mədəniyyəti xəzinəsinə özünün təkrarolunmazlığı özünəməxsus milli xüsusiyyətləri ilə seçilən, dərin bəşəri mahiyyət kəsb edən, ağıl zəka gücünə zənginləşdirdiyi bədii sərvətlərini bəxş edir. Xalqımızın zəngin təcrübəsini, ənənəsini, bədii istedadını özündə əks etdirən Azərbaycan xalça sənəti belə mədəni sərvətlərdəndir”.
Mahiyyətcə daha çox diqqəti çəkən kitabın ikinci bölməsidir. Müəllif bu bölməniAzərbaycan xalçası xalqın etnomədəni tarixi kontekstindəadlandırmışdır. Tədqiqatçı göstərir ki, azərbaycanlıların etnomədəni ənənələri öz kökü etibarilə çox qədim zamanlarabəşəriyyətin ilkin ənənəsi ilə vahid Avrasiya etnosu ənənələrinin bilavasitə təmasda olduğu minilliklərə gedib çıxır. Müəllif həmçinin son vaxtlar meydana çıxmış etnomədəni dil monogenezi konsepsiyası, daha doğrusu, dünya xalqları mədəniyyətlərinin vahid bir kökdən əmələ gəlməsi ideyası ilə bağlı mülahizələrini bildirir. Bu bölmədə qədim məxəzlərə istinadən mədəniyyətlərin bir-birinə təsiri, ayrı-ayrı təriqət inanclar, bunların rəmzi motivlərinin Azərbaycan xalçalarında izləri araşdırılır müəllif bütün bunlara çağdaş sənətşünaslığın qarşısında duran tələblər baxımından yanaşır, Azərbaycan xalqının etnomədəni tarixi kontekstində təhlil edir.
Kitabın üçüncü bölməsiAzərbaycan xalçası xalqın adət-ənənələri məişəti kontekstindəadlanır. Müəllif yazır: “Xalqın etnomədəni bədii ənənələri fərqli, bir-birindən təcrid olunmuş halda deyil, ilkin daxili ənənəyə onun vasitəsilə digər xalqların mədəniyyəti, ənənələriylə birləşərək sirli, gizli, ezoterik özəklə sıx bağlılıq etno-mədəniyyətin incəsənətin vahid, tam canlı orqanizmini təşkil edir”. Bu bölmədə sufi təriqətinin xalçaçılıq sənətinə təsirindən geniş bəhs olunur. Burada əsas diqqət magik qoruyuculara kainatın səma qüvvələrinə nüfuz etməyə yönəldilmişdir. Rəmzlər vasitəsilə kosmik vəhdət ideyasının xalçaya köçürüldüyünü onun naxışlarında öz əksini tapdığını əsaslandıran müəllif insanın səma rəmzləri ilə əlaqə yaradıb kainatın harmoniyasına qoşulduqda böyük uğurlar xeyir əldə etdiyindən xalçanın da mühüm rol oynadığı sufizm mədəniyyətli mərasimlərin Azərbaycan xalqının köklü adətlərinə çevrildiyi qənaətinə gəlmişdir.
Bölmədə müəllif, həmçinin, xalçaların qoruyucu ovsunlayıcı funksiyalarından da danışır. Eyni zamanda, xalçalarımızın qədimlərdən başlayaraq müasir dövrə qədər xalqımızın adət-ənənəsində məişətində oynadığı rolu şərh edir, ondan istifadə olunması məsələsinə aydınlıq gətirir.
Müəllif kitabaXalça terminləri lüğəti”ni əlavə etmişdir. Bu, xalçaşünaslıq tarixində ilk təşəbbüs kimi çox qiymətlidir.
Sonda verilmiş illüstrasiyalar kitabın ümumi məzmununu tamamlayır. Biblioqrafiyabölməsi isə kitabın böyük elmi axtarışların nəticəsi kimi ortaya çıxdığını təsdiq edir. Mədəniyyət Turizm Nazirliyi, Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin himayəsi ilə nəşr olunan bu kitabın redaktorları akademiklər Rasim Əfəndiyev Teymur Bünyadovdur.

Xalq qəzeti.-2006.-27 sentyabr.- S. 6.