Samirə

Müasir Azərbaycan xalçaçılığı yeni kataloqda

 

"Azər-İlmə" MMC-nin təşəbbüsü ilə Türkiyədə Azərbaycan xalçaçılıq sənətinin tarixindən və bu günündən bəhs edən yeni kataloq işıq üzü görüb. Kataloq "Azər-İlmə"nin fəaliyyəti və xalçalarımızın xüsusiyyətləri haqqında üç dildə məlumatdan və fotoşəkıllərdən ibarətdir. Kataloqun daha çox diqqətçəkən bölməsi xalçalarımızın təsviri və xalçaçılıq sonətimizin tarixindən bəhs edən hissəsidir. "Azər-İlmə" MMC 1996-cı ildə fəaliyyətə başlayıb. Cəmiyyətin Şirvan, Abşeron va Lerik bölgələrində emalatxanaları var. 350 xalçaçını birləşdirən cəmiyyət Atlanta, Hannover və Moskva kimi böyük şəhərlərdə bir neçə dəfə satış-sərgilərini təşkil edib, "Azər-İlmə"nin xalçaçıları təbii boyalarla rənglənmiş yun və ipək saplardan, 900 çeşnidən artıq texniki keyfıyyəti və bədii dəyəri baxımından layiqli şəkildə olan xalçalar istehsal edirlər. Xalça ustalarının işləri ilə tanış olmaq istəyənlər üçün cəmiyyətin "Sehrli ilmələr" qalereyası da var.

 

Həftə içi.- 2006.- 28 sentyabr.- S. 8.