Yeni sayt istifadəyə verilib

 

Azərbaycan Karikaturaçılar Birliyinin saytı artıq istifadəyə verilib. Birliyin rəhbəri Seyran Cəfərli saytda karikatura dünyası haqqında geniş məlumatların yer aldığını bildirib. Belə ki, internet saytında karikatura həvəskarla birliyinin fəaliyyəti haqqında, karikatura yarışları və onun nəticələri, Beynəlxalq Molla Nəsrəddin Karikatura Yarışının qalibləri, əsərləri haqqında məlumatlar var. Bununla yanaşı, saytda həftədə iki də deyişiklik ediləcək. Birlik daima yeniləşəcek saytda arzulanan şəxsin əsərini yerləşdirə bilər. www.azcartoon.bravehost.com ünvanda sərgi salonu da var. Bu salonda dünyada keçirilən sərgilər haqqında məlumatlar əsərlər yer alıb. Onu da bildirək ki, bu sayt dünyan 30-dan artıq beynəlxalq saytında yerləşdirilib. Əfqanıstan, İran, İtaliya, Yaponiya, Belçika başqa ölkələrdə həmin sayt yayımlar.

 

Ayna.- 2006.- 7 sentyabr.- S. 8.