*“Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında
əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi
və aparatının işçilərinin say həddinin
müəyyən edilməsi barədə” Azərbaycan
Respublikasının Prezidentinin 2006-cı il 18 aprel tarixli 393
nömrəli fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin fəaliyyətini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
18 aprel tarixli 393 nömrəli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin strukturu"nun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006-cı il, N 4, maddə
325) 2-ci bəndindən "Naxçıvan Dövlət
Musiqili Dram Teatrı",
"Naxçıvan Dövlət
Kukla Teatrı",
"Naxçıvan Dövlət
Filarmoniyası", "Ordubad
"Gəmiqaya" Tarix-Bədii
Qoruğu", "Şərur
"Arpaçay" Tarix-Mədəniyyət
Qoruğu", "Ordubad
Dövlət Tarix-Memarlıq
Qoruğu", "Culfa
"Gülüstan" Tarix-Mədəniyyət
Qoruğu", "Naxçıvan
Dövlət Rəsm Qalereyası", "Dövlət
Film Fondunun Naxçıvan
filialı" və
"Naxçıvan Turizm
İnformasiya Mərkəzi"
sözləri çıxarılsın.
2. Bu fərman dərc
edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 sentyabr 2006-cı il
Azərbaycan.- 2006.- 21 sentyabr.-
S. 1.