Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunda olmuşdur

 

Heydər parkının ümummilli liderin abidəsinin təntənəli açılışı


       Sentyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunda olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə Xırdalan qəsəbəsində Heydər parkının xalqımızın ümummilli liderinin abidəsinin açılış mərasimində iştirak etmişdir.
Mərasimə toplaşmış minlərlə insan Prezident İlham Əliyevi böyük hörmət ehtiramla, alqışlarla qarşıladı. Sakinlərin əllərində ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin portretləri, Azərbaycanın dövlət bayraqları, ümummilli liderin müdrik kəlamları yazılmış transparantlar, Prezidenti salamlayan şüarlar var idi. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsinin üzərindən örtüyü götürdü. Bütöv qranitdən hazırlanmış bu abidənin hündürlüyü 4,2 metr, postamentlə birlikdə isə 6 metrdir. Abidənin müəllifi heykəltəraş Səlhab Məmmədovdur.
      Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoydu.
     Məlumat verildi ki, 9,6 hektar ərazini əhatə edən, Xırdalan sakinlərinin ulu öndərin xatirəsinə sonsuz hörmət ehtiramının bariz nümunəsi olan bu parkda istirahət üçün hər cür şərait yaradılmışdır. Parkda Heydər Əliyev muzeyi Tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Yaşıllıqları, gül-çiçəyi, yaraşıqlı fəvvarələri ilə göz oxşayan parkda yay estradası da vardır. Burada müxtəlif iaşə xidməti müəssisələri fəaliyyət göstərir.
Azərbaycan Prezidenti parkı seyr etdi, burada görülən işlərdən razılığını bildirdi.

 

Xalq qəzeti.-2006.-13 sentyabr.- S. 2.