Əsli
Azərbaycanda
Nuru pasanın heykəli qoyula bilər
Türkiyə ilə gənclərin mübadilə
layihəsinə dair Dəyirmi masa keçirilib
Dünən Gənclər və
İdman Nazirliyində gənclərin mübadilə
layihəsini həyata keçirmək məqsədilə
Dəyirmi masa keçirilib. Tədbirdə
çıxış edən Gənclər və İdman
naziri Azad Rəhimov layihənin əsas məqsədinin
Türkiyə və Azərbaycan arasında dostluq,
qardaşlıq, mədəniyyət və idman
əlaqələrinin daha da inkişaf etdirilməsi olduğunu
qeyd edib.
"Ötən il layihə
çərçivəsində
Azərbaycan gənclərindən ibarət
nümayəndə heyəti Türkiyə
Cümhuriyyətinin Ankara, Karabük və Safranbolu
şəhərində səfərdə olmuş, orada
keçirilən tədbirlərdə yaxından iştirak
etmişlər" - deyən nazirin sözlərinə
görə, məhz Azərbaycanlı gənclərin
Türkiyəyə səfəri gənclərin
mübadiləsinin həyata keçirilməsində əsas
təkanverici amillərdən biri olub.
A.Rəhimov qeyd edib ki, layihənin
davamlılığını təmin
etmək üçün Nazirlik tərəfındən 20
nəfər tərkibdə Türkiyə nümayəndə
heyətinin 13-19 sentyabr 2006-cı il tarixlərdə
Azərbaycanlı gənclərin iştirakı ilə
"Bir millət iki dövlət" devizi altında Bakı,
Sumqayıt şəhərlərində, Şamaxı rayonunda
mədəni-kütləvi tədbirlərdə iştirak
etməsi də planlaşdırılır.
"Nəinki Karabük-Bakı,
həm də digər şəhərlər arasında
əlaqənin genişləndirilməsi labüddür. Bu
tnəqsədlə 2006-cı ildə müxtəlif
səfərlər təşkil edilib. Bu yaxınlarda baş
nazirin müavini Mehmet Ali Şahinlə saziş
bağlanılıb. Burada qəbul edilmiş tədbirlər
planına əsasən, bu
istiqamətdə müəyyən addımların
atılması nəzərdə tutulub"- deyən
A.Rəhimov Türkiyədə təhsil alan Azərbaycanlı
tələbələrin istəklərindən də söz
açıb. O qeyd edib ki, bu yaxınlarda onlar Azərbaycanda
Nuru paşanın heykəlinin qoyulması
təşəbbüsü ilə çıxış ediblər.
Hal-hazırda bu təklif müzakirə olunur.
Kaspi.- 2006.- 15 sentyabr.- S. 6.