Almaniyada Xocalı faciəsini
əks etdirən foto-sərgi
açılıb
Sentyabrın 24-25-də
Almaniyanın Bamstorf və Syke şəhəriərində
Azərbaycanın işğal olunmuş ərazilərindən
qaçqın düşən soydaşlarımızın
həyat tərzi və Xocalı faciəsi ilə bağlı
foto-sərgi açılıb. Foto-sərgi Avropa İnsan
Hüquqlarını Müdafiə Təşkilatının
rəhbəri Rahmi Tunçerin təşəbbüsü
ilə təşkil olunub. Bu barədə APA-ya Avropa İnsan
Hüquqları Müdafiə Təşkilatının Qafqaz
bölgəsi üzrə təmsilçisi İntiqam
Məmmədov məlumat verib. Sərgidə iştirak edənlərə
Azərbaycan haqqında məlumatlar verilib, ölkəmizə
aid sənədli film və Xocalı faciəsini əks etdirən film nümayiş
olunub. Silsilə tədbirlər və sərgi oktyabrın
1-də Almaniyanın Diepholz şəhərində davam etdiriləcək.
Palitra. -2006. -27 sentyabr. –S. 13.