"Azərbaycan 2006 - turizm
aləmi" adlı fotomüsabiqənin qalibləri məlum
olub
Səttar Bəhlulzadə adına
Mərkəzi Sərgi Salonunda Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən təşkil olunan
"Azərbaycan 2006 - turizm aləmi" adlı fotomüsabiqənin
yekunlarına həsr olunmuş tədbirdə Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev
çıxış edərək bildirib ki, müsabiqəni
keçirməkdə məqsəd çox vacib olan bu
iqtisadiyyat sahəsinin inkişafına dəstək vermək,
ölkənin mədəni-tarixi irsini, təbiətinin
gözəlliyini təbliğ etməkdən ibarət olub:
"Azərbaycanın foto sənəti böyük potensiala
malikdir. Digər məsələ odur ki, Azərbaycan
həqiqətən də turizm məkanıdır. Bu gün
sərgidə nümayiş etdirilən bütün
əsərlər reklam broşurlarnda, jurnallarda çap
olunacaq. Açığını deyim ki, həmişə
Azərbaycan haqqnda kitab hazırlanarkən foto
məsələsində çətinlik çəkirdik. Amma
buradakı bütün əsərlər hər bir
kəsdə Azərbaycan haqqında gözəl
təsəvvür yarada bilər".
Sonra müsabiqənin
qaliblərinin adları açıqlanıb. "Azərbaycan
təbiəti", "İrs", "İstirahət və
əyləncə", "Azərbaycanım mənim"
kateqoriyaları üzrə keçirilən
müsabiqədə hər kateqoriya üzrə 3 yerin
qaliblərinə və digər fotolara görə
həvəsləndirici mükafatlar sahiblərinə təqdim
olunub. Qeyd edək ki, aprelin 12-dən sentyabrın 1-dək
"Cənnət görmək istəyən Azərbaycana
gəlsin" devizi altında keçirilən
müsabiqədə Bakı şəhəri ilə
yanaşı, Gədəbəy, Lənkəran, Masallı,
Lerik, Qax, Zaqatala, Balakən, Qusar, Tovuz rayonlarından 77
peşəkar və həvəskar müəllifin 700-dən
artıq fotoları
iştirak edib.
Azad Azərbaycan.- 2006.- 3 sentyabr.-
S. 7.