Ayxan

"İstanbul tətilləri" yekunlaşır

Artıq filmin səsləndirilməsi prosesi gedir

 

Müğənni Röya Ayxanın baş rolda çəkildiyi "İstanbul tətilləri" filminin nıontaj işləri artıq başa çatıb. Bu barədə "day.az" saytına məlumat verən filmin rejissoru Ülviyyə Könül bildirib ki, nəticə gözəl alınıb. Hazırda filmin səsləndirilməsi  prosesi gedir.

Rejissorun sözlərinə görə, o, Röyanı aktrisa kimi bir daha kəşf edib: "Mən filmin bu dərəcədə maraqlı alınacağını düşünmürdüm. Röyanı isə aktrisa kimi bir daha kəşf

etdim. O, istedadlı aktrisa olduğunu sübut etdi. Mən onun işindən çox razıyam".

Qeyd edək ki, sentyabrın  15-dən başlayaraq  filmin  reklam kampaniyasına  start veriləcək.

 

Ekspress.- 2006.- 9 sentyabr.- S. 20.