Çiçək
“Gənc rejissorların təcrübə toplamaq imkanları
yoxdur”
Aktyor Rasim Balayev kinomuzdakı dəyişikliklərin
gənc nəslin yetişməsində maneçilik
törətdiyini söyləyir
Aktyor Rasim Balayev bu qənaətdədir
ki, tamaşaçıların
ötən əsrdə
lentə alınmış
filmlərə bu gün də marağı var. Müsahibim
bunu onunla əlaqələndirir ki, həmin fılmlərdə
insan taleləri, hadisələrə baxış
fərqlidir: "Rejissor
və ya ssenarist tamaşaçılara
fikirlərini çatdıra
biliblər. Ən zəif fılmlərimizdə
belə maraqlı bir fikir, ibrət,
tərbiyə vardı.
Çox təəssüf
ki, həmin ənənələr bu gün pozulub.
R.Balayev
bunun obyektiv və subyektiv səbəbləri olduğunu
söyləyir. Onun dediyinə görə, məlum səbəblərdən
ölkəmizdə uzun
müddət kino çəkilişi olmayıb:
"Bu səbəblər
kino işçilərimizi
kinodan uzaqlaşdırdı.
Kino rejissorluğu elə peşədir ki, onu kitabdan
öyrənmək olmur.
Təcrübə əsas
şərtlərdən biridir.
Əvvəllər rejissorlanmızın əksəriyyəti
öncə rejissor köməkçisi işindən
başlayır, sonra ikinci rejissor olurdu. Daha sonralar
püxtələşərək film çəkməyə başlayırdı.
Belə olmasaydı, heç kimə film çəkmək həvalə
edilməzdi.
İndi bu ənənələr pozulub. Hazırda 3-5 kinorejissorumuz var. Azərbaycanda çox az film çəkilir. Bütün bunlar isə cavan nəslin yetişməsi nə maneçilik törədir. İş olmasa, rejissor haradan təcrübə toplasın? Rejissorluq fakültəsini bitirən cavanlar kino olmadığından telekanallara üz tutur, başlarını klip çəkməyə qatırlar. Neyləsinlər?!" Aktyor deyir ki, gənclər klip çəkilişlərindən pul qazansalar da, öz peşələrində təkmilləşə bilmirlər.
Böyük
kinonun böyük dərdləri olduğunu deyən R.Balayevin fıkrincə, zaman keçdikcə sənətkarlar
da yetişəcək.
Onun sözlərinə
görə, dövrün
dəyişməsi ilə
əlaqədar Azərbaycan
kinosuna çox az vəsait qoyulur. Buna baxmayaraq,
aktyor inanır ki, yenidən kino ənənələrini
davam etdirənlər olacaq:
"Son zamanlar Qarabağ mövzusunda filmlərin çəkildiyini
müşahidə edirəm. Bu,
bizim yaralı yerimizdir. Mövzuya neçə illərdən sonra da qayıdılacaq".
Ayna.- 2006.- 2
sentyabr.- S. 21.