Elnur
"Heydər
Əliyev irsi və Azərbaycan gəncliyi"
Çoxseriyalı elmi-publisistik film hazırlanır
Gənclər və İdman
Nazirliyi tərəfındən 2007-2008-ci illərdə
mərhələli şəkildə planlaşdırılan
forumlar ərəfəsində "Heydər Əliyev irsi
və Azərbaycan gəncliyi" adlı çoxseriyalı
elmi-publisistik filmin istehsalı ilə bağlı materiallar
toplanır. Bu barədə adı çəkilən nazirliyin
mətbuat xidnıətinin rəhbəri Raqif Abbasov bildirib.
R.Abbasov qeyd edib ki, ümummilli lider
H.Əliyevin ilk gənclər forumunda iştirakı, gənclər
siyasəti haqqında dövlət qanununun, müxtəlif
konvensiyaların imzalanması və digər materiallar nazirlik
tərəfindən toplanılıb. Bu toplumları
nəzərə alaraq 2007-2008-ci illərdə
mərhələli şəkildə keçirilməsi
planlaşdırılan forumlar ərəfəsində
"Heydər Əliyev irsi və Azərbaycan gəncliyi"
adlı çoxseriyalı elmi-publisistik filmin istehsalına
başlanılacaq: "Bu, tarixi, sənədli, publisistik bir
film olacaq. Hazırda arxiv materiallarının toplantısı
aparılır. Burada Heydər Əliyevin Azərbaycanda
hakimiyyəti dövründə gəncliyə
göstərdiyi diqqəti nəticəsində xarici dövlətlərdə
təhsil alıb orada çalışan gənclərin
rəyləri də cəmləşəcək".
R.Abbasov onu da bildirib ki, sentyabrın
8-dən Azərbaycanda səfərdə olan Səudiyyə
Ərəbistanı Krallığının Gənclərə
Qayğı Baş Sədrliyinin nümayəndə
heyətinin Şəki və Qəbələdə
görüşləri planlaşdırılıb.
Qeyd edək ki, Səudiyyə
Ərəbistanından gələn nümayəndə
heyəti Şamaxıda, Gəncə şəhərində,
Sabirabad rayonunda məskunlaşan məcburi köçkünlərlə
görüşüb, İçərişəhərdə,
Milli Olimpiya Komitəsində, Heydər Əliyev Fondunda olublar,
Gənclər və İdman naziri Azad Rəhimovla görüşüblər.
Qonaqların Bakı Dövlət Universitetində
görüşləri planlaşdırılıb.
Onların Azərbaycana
səfəri sentyabrın 17-dək davam edəcək.
R.Abbasov həmçinin deyib ki,
Azərbaycanda səfərdə olan Türkiyənin Karabük
Gənclik Mərkəzinin nümayəndə heyətinin nazir
Azad Rəhimovla görüşü də planlaşdırılıb.
Daha sonra isə qonaqlar Türkiyənin Azərbaycandakı
səfirliyində olacaqlar və Atatürk Mədəniyyət
Mərkəzində "dəyirmi masa"
keçirəcəklər. Türkiyəli qonaqların
səfəri sentyabrın 19-da başa çatacaq. Onu da bildirək
ki, Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyi Türkiyə Cümhuriyyətinin Karabük
Gənclik Mərkəzi ilə birgə gənclərin
mübadilə layihəsini həyata keçirir.
Nazirliyin rəsmisi vurğulayıb
ki, Gənclər və İdman naziri Azad Rəhimov
sentyabrın 21-28-də Çin Xalq Respublikasına
səfər edəcək. Səfər
çərçivəsində nazir bir sıra
əhəmiyyətli görüşlər
keçirəcək: "Məqsəd birinci
növbədə gənclər sahəsində
qarşılıqlı ənıəkdaşlığın
beynəlxalq səviyyədə gücləndirilməsidir.
Digər tərəfdən isə nazir 2008-ci il Yay Olimpiya
Oyunlarına ev sahibliyi edən Çinin bu prosesə
hazırlığı ilə tanış olacaq. Eyni zamanda,
nazir həmin ölkədə idman qurğularının, Olimpiya
qəsəbəsinin tikilməsi, Azərbaycan idmançılarının
harada yerləşəcəyi, idman yarışlarının
hansı ünvanlarda keçiriləcəyi ilə
tanış olacaq".
Sonra R.Abbasov vurğulayıb ki,
səfər ərəfəsində Çində
sərbəst və yunan-Roma güləşi iızrə
dünya çempionatı keçiriləcək: "Nazir
Azad Rəhimovun iştirakı ilə biz orada Azərbaycanın
prezentasiya diskinin təqdimatını edəcəyik. Bu da
Azərbaycan idmanının tanıdılması ilə
bağlı olacaq. Məqsəd 2007-ci ildə Bakıda
keçiriləcək sərbəst yə yunan-roma
güləşi üzrə dünya çempionatına ev
sahibliyini əldə etməkdir". Nazirlik
sözçüsünün dediyinə görə, bu
məsələ ilə bağlı ilkin razılıq əldə
olunub. Sadəcə olaraq bu razılıq rəsmən sentyabrın
23-də Çinin Quan-Çjou şəhərində
təsdiqlənəcək.
Həftə içi.- 2006.- 15
sentyabr.- S. 7.