Hacızadə İ.
Rasim Balayev:
"Kinoda yaşamağımı
Nəsimi təsdiqladi"
1975-ci ildən sonra "Azərbaycanfilm"
kinostudiyası özünün
məhsuldar dövrünü
yaşamağa başladı.
Bir çox istedadlı gənc aktyorların gəlişi
studiyada canlanmaya səbəb oldu. Həsən Məmmədov,
Şahmar Ələkbərov,
Səməndər Rzayev,
Rasim Balayev və başqaları qısa zaman kəsiyində özlərini
kino sahəsində təsdiqlədilər. Kinorejissorlar,
kinostudiyanın rəhbərliyi
gənclərə lazımi
qayğı göstərir,
yaradıcılıqlarına qiymət verir, onlara etibar edirdilər.
Bu cəhətdən Rasim Balayevin bəxti daha
çox gətirdi. Belə ki, gənc aktyor
"Nəsimi"
filmində
eyniadlı
rola təsdiq olunanda, buna inanmamışdı.
Amma istedadlı kinorejissor, xalq artisti Həsən Seyidbəyli sınaqdan keçirilən yüzlərlə aklyor içində
gənc Rasimi kəşf etdi və onun
üzərində dayandı. Aktyor da rejissorun etimadını doğrultdu. Bunun üçün o, necə
deyərlər, dəridən-qabıqdan
çıxdı, gecə-gündüz
Nəsimi ilə yaşadı, onun tərcümeyi-halı, yaradıcılıq
yolu, yaşadığı
mühiti, əqidəsi
barədə ətraflı
məlumat topladı. Beləliklə, çəkiliş
meydançasına çıxdı:
"Doğrusu, Nəsimi roluna çəkiləcəyimə heç
cür inana bilmirdim. Sınaq çəkilişlərinə çəkilən aktyorların
sayı bilinmirdi. Hətta məşhur rus aktyoru "Hamlet" rolunun ifaçısı İnnokenti Smoktunovskini də dəvət etmək istəyirdilər.
Amma göründüyü
kimi Həsən müəllim həmin rola məni təsdiqlədi. Tezliklə
çəkilişlər başlandı.
Bu monimental əsərin
çəkilişləri Azərbaycanın
müxtəlif yerlərində,
o cümlədən Naxçıvanda
lentə alınırdı.
Özü də isti yay aylarında.
Əsas kütləvi
səhnələr məhz
Naxçıvanda aparılırdı.
Amma Muxtar Respublikasının əhalisi
biz aktyorlara dayaq durur, bizə qayğı göstərirdi.
Məni tanımasalar da, biləndə ki, Nəsimi roluna mən çəkilirəm, kimi su, kimi ayran,
kimi də soyuq qarpıza məni qonaq edirdi. Bu, əlbəttə,
böyük Nəsimiyə
olan xalq məhəbbətinin təzahürü
idi. Bütün çəkiliş boyu biz
bu qayğını naxçıvanlılardan gördük.
Film böyük çətinliklər
bahasına başa gəldi. Kinoəsərdə
bir yer var. Şeyx Əzəmin qızı Nəsimiyə
deyir ki, məni vəsf et, şair! 2-3 dəqiqəlik
bu epizod 5-6 günə çəkilib.
Nəsimini Azərbaycan
kinosunun ən uğurlu əsərlərindən
biri hesab edirəm".
"Deyəsən
"Nəsiminin" ayağı
sizin üçün
uğurlu oldu, sonra sizin kinoda
karyeranız başladı"
fikrimizi xalq artisti Rasim Balayev
belə cavablandırdı:
"Bəli, mərhum Həsən Seyidbəylinin "Nəsimi"
filmi yaradıcılığına
təkan verdi, mənim kinoda yaşamağımı təsdiqlədi.
Ruhu şad olsun Həsən müəllimin! Ondan sonra bir-birinın ardınca müxtəlif xarakter və məzmunlu filmlərə dəvət aldım. Ümümiyyətlə, o illər
kinostudiyamız bir növ çiçəklənmə
dövrünü yaşayırdı.
Bütövlükdə götürsək,
mən 25 il ərzində hər il ən azı
3 filmə çəkilirdim.
Böyük həvəslə,
məsuliyyətlə çəkiliş
meydançasına çıxır,
kamera qarşısında
dayanırdıq. Bu gün
o illəri xatırlayıb
nastolji hisslər yaşayırıq. Yeni ekran əsərlərinə
çəkilmək, müxləlif
obrazlar yaratmaq istəyirəm. Arzum budur ki, imkan
daxilində daha çox filmə çəkilim, gələcək
nəslə yadigar qalsın. "Nəsimi",
"Babək" kimi
filmlər. Amma nikbin adamam. Əminəm ki, kinomuzda yaranmış bu durğunluq vəziyyəti uzun sürməz. Dövlətimiz
kino sahəsini dirçəltmək üçün
lazımi vəsaiti ayıracaq və'"Azərbaycanfilm"də
əvvəlki qaynarlıq
bərpa olunacaq".
Vətəndaş həmrəyliyi.- 2006.- 20-24 sentyabr.- S. 16.