İbrahimova S.
4 ölkənin
kinorejissorları bir arada
Onlar
birlikdə qısametrajlı film çəkəcəklər
Gənc Kino
İstehsalçıları Assosiasiyası "Edem-2006"
adlı yeni layihə hazırlayıb. Layihənin
məqsədi Azərbaycan, İran, Qırğızıstan
və Gürcüstandan olan gənc kinorejissorları ilə
iş birliyi qurmaqdan ibarətdir. Assosiasiyanın prodüseri
Aynur Mustafayevanın məlumatına görə, dünya
ölkələrinin gənc kino işçiləri Şəkinin
Kiş kəndinə toplaşacaqlar. Onlar sentyabrın
15-dən oktyabrın 1-dək ssenari yazacaq və
qısametrajlı film çəkəcəklər. Çəkiliş qrupuna Hollandiyadan
olan ssenarist və rejissor Sander Blom rəhbərlik edəcək. Beynəlxalq Rotterdam kinofestivalının nümayəndəsi
Lyudmila Şvikova isə gənc rejissorların qonağı
olacaq. Artıq bir neçə
ildir ki, sözügedən festivalda
qısametrajlı filmlər
də nümayiş olunur. Görüş
zamanı L.Şvikova ötən il
Qeyd edək ki, layihə
Gənclər və İdman Nazirliyi və Soros Fondunun
"Əməkdaşlıq nəticəsində reallaşan
proqram"ı çərçivəsində
həyata keçiriləcək.
Gürcüstan, Qırğızıstan və İrandan olan gənc rejissorların seçimi artıq başa çatıb. Onların Azərbaycandan
olan həmkarlarının
seçimi isə sentyabrın 7-dək davam edəcək. A.Mustafayeva
gənc kinorejissorların
görüşünün Kiş kəndində keçirilməsini təsadüf
hesab etmədi:
"Bir zamanlar alban kilsəsi olan və indi
tarixi muzeyə çevrilən alban abidələri məhz burada yerləşir. Məsələ burasındadır ki, layihə iştirakçıları "dini tolerantlıq" mövzusunda müzakirələr
aparacaq və bu mövzuda da film çəkəcəklər.
Onların ekranlaşdıracaqları 30 dəqiqəlik bədii videofilm və yaxud sonradan bir film halına gətiriləcək üç
10 dəqiqəlik rəvayətlər
burada lentə alınacaq".
Assosiasiya prodüserinin fikrincə,
kütlənin psixologiyasının
formalaşmasında kinematoqrafiyanın
rolu böyükdür.
- "bəzən hansısa filmin təqdimatından sonra dini "fırtına"ların
yaranmasının şahidi
oluruq. Müsəlman
fanatiklərinin holland
rejissoru Van Qoqu qətlə yetirmələri,
həm xristianların,
həm də yəhudilərin qəzəbinə
tuş gələn
"İsa peyğəmbərə
üçüncü qəsd",
"İsanın ehtirası"
filmləri buna sübutdur. Deməli, məqsədindən asılı olaraq, kino müxtəlif dini təfəkkürlü
insanların psixologiyasına
fərqli təsir göstərə bilər.
Yüzillər ərzində müxtəlif
dini konfessiyalar Azərbaycanda sülh şəraitində yaşamış,
onların liderləri
isə siyasi korrektlik və dözümlülük nümayiş
etdirmişlər. Layihənin əsas
məqsədi kinonun müxtəlif dini konfessiyaların bir araya gəlməsinə kömək edə biləcəyini göstərməkdir"
- deyə, A.Mustafayeva bildirdi.
Ayna.-2006.-8 sentyabr.- S. 8.