Nəsibli E.

 

Mədəniyyət müəssisələrinin maddi-texniki bazası  möhkəmləndirilir

 

Tovuz respublikamızın inkişaf etmiş rayonlarından biridir. Bu torpağın qurub yaratmaq əzmi ilə yaşayan insanları rayonun gündən-günə böyüməsinə, abadlıaşmasına fikir verməklə yanaşı, hər zaman burada mədəniyyətin inkişafına çalışmışlar. Bəs son zamanlar rayonda bu istiqamətdə hansı işlər görülür? kimi yeniliklər var? Bu suallarla rayon mədəniyyət şöbəsinin müdiri Bəşir Həsənova müraciət etdik.
Məlumat üçün qeyd edək ki, Bəşir müəllim bu sahədə çoxdan çalışır. 1963-cü ildən 1965-ci ilə kimi həmin şöbənin müfəttişi olub. 1965-ci ildən isə mədəniyyət şöbəsinin müdiri işləyir. SSRİ mədəniyyət əlaçısıdır. Gələn ilin əvvəllərində özünün 70 yaşı, əmək fəaliyyətinin isə 45 ili tamam olacaq. Bəşir müəllim bir neçə kitabın da müəllifidir. Söhbət zamanı dedi:
- Ölkəmizin hər yerində olduğu kimi, Tovuzda da mədəniyyətin inkişafına xüsusi fikir verilir. Hazırda rayonda əhaliyə 78 kitabxana, 52 klub mədəniyyət müəssisəsi, 2 muzey (tarix- diyarşünaslıq muzeyi Aşıq Sənəti Dövlət Muzeyi), rəsm qalereyası üç musiqi məktəbi xidmət göstərir. Qeyd etməliyəm ki, mədəniyyət müəssisələrində görülən işlərin əsasını ölkə Prezidentinin fərmanlarının sərəncamlarının, eləcə Milli Məclisin qəbul etdiyi qanunların əhəmiyyəti təşkil edir.
Son illər mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi sahəsində müəyyən işlər görülmüşdür. Rayon mədəniyyət evində əsaslı təmir işləri aparılmışdır.
Kitabxanalara qayğı da xeyli artmışdır. Ölkə Prezidentinin sərəncamına əsasən nəşr olunan ədəbiyyatlar kitabxanalara çatdırılmışdır. 37 min 40 nüsxə kitab almışıq. Bu kitablar mərkəzi kitabxanaya, bütün filiallara çatdırılmışdır. 50 minə yaxın yeni əlifba ilə çap olunmuş kitab var. Oxucuların yeni çapdan çıxmış ədəbiyyatla yaxından tanış olması üçün lazımi şərait yaradırıq.
Son illər kitabxanaların, klubların inkişafına, onların təminatına diqqət gücləndirilmişdir. Nəzərdə tutmuşuq ki, Xatınlı kənd kitabxanasında təmir işlərini başa çatdıraq. Yuxarı Öysüzlu kənd mədəniyyət evinin binasında əsaslı təmir etməyi qərara almışıq.
Mədəniyyət müəssisələrinin inventar digər avadanlığa olan tələbatını ödəməyə çalışırıq. Bunun üçün əlimizdən gələni əsirgəmirik. Mədəniyyət müəssisələrinə xeyli miqdarda inventar avadanlıq, o cümlədən musiqi alətləri alınıb verilmişdir.
Rayonumuzda yerləşən N saylı hərbi hissə ilə müntəzəm əlaqə saxlayırıq. Hərbçiləri heç vaxt yaddan çıxarmırıq. Musiqi kollektivlərimiz ayda azı 2-3 dəfə N saylı hərbi hissəyə gedir, şəxsi heyət qarşısında çıxış edirlər. Hərbçilər işimizdən razılıq edirlər. Onlardan dəfələrlə təşəkkür məktubu almışıq.
Son 4 ildə Mədəniyyət Nazirliyinin xətti ilə 4 müsabiqədə iştirak etmişik. Bizim iştirakçılardan 5 nəfəri qalib adına layiq görülüb. Onlardan 2 nəfəri Şəmkir şəhərində keçirilən respublika müsabiqəsində turun qalibi olub. İki nəfər Əli Bayramlı şəhərində bu ada layiq görülüb. Bir nəfər isə həvəsləndirici mükafat alıb.
Bədii özfəaliyyət kollektivlərinin gücündən istifadə edirik. Müsabiqə qaliblərinin yerlərdə, əhali arasında, müəssisələrdə konsertlərini təşkil edirik.
Respublika Prezidenti Azərbaycanın böyük şairləri S.Vurğunun, S.Rüstəmin anadan olmasının 100 illik yubileylərinin təntənəli keçirilməsi ilə əlaqədar sərəncam vermişdir. Rayonun mədəniyyət müəssisələrində hər iki şairin yubileyi ilə əlaqədar söhbətlər aparıldı, sərgilər təşkil edildi, fotostendlər düzəldildi. Geniş ədəbi-bədii tədbirlər keçirildi.
Təkcə əlamətdar tarixi günlərə aid tədbirlər keçirməklə kifayətlənmirik. Yerli sənətkarların yubileylərinin, müharibə veteranları ilə görüşlərin təşkil edilməsinə xüsusi diqqət yetiririk. Bir sözlə, qarşıda duran işlərin öhdəsindən gəlməyə çalışırıq.

 

Azərbaycan.- 2006.-1 sentyabr.- S. 6.