Milli Bombaharadadır?

Valeri Ruzinlə Vaqif Mustafayevin dörd il əvvəl

çəkdikləri filmdən aclıq səfalət səhnələrini

çıxarmaq üçün Moskvada aparıldığı bildirilir

 

Azərbaycan kino sənayesinin son illər acınacaqlı durumda olduğu bəllidir. Belə ki, bir neçə film təhvil verilsə , bunlar əslində geniş miqyası əhatə etməyib. Bu da bir çox hallarda filmlərin çəkilməsinə ayrılan pulların az olması nəticədə aşağı keyfiyyətli ekran əsərinin ortaya çıxması ilə əlaqədardır. Bunlar öz yerində dəfələrlə mətbuatda bu mövzuya toxunulub.

Bu günlərdə isə redaksiyamıza məlumat daxil oldu ki, dörd il öncə keçmiş Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən "Milli Bomba" adlı ekran əsəri hələ təhvil verilməyib. Səbəb açıqlanmır. Vaqif Mustafayevin rejissorluğu Valeri Ruzinin prodüsserliyi ilə çəkilmiş film nədənsə tamaşaçılara təqdim edilmir. bu ətrafda maraqlı məlumatlar verilir.

Bəzi dairələrdən isəMilli Bomba”da Azərbaycanın mövcud reallığından bəhs edən məqamların olduğu vurğulanır. Yəni, əsərin baş "xilasedici" qəhrəmanı bu günkü hakimiyyət olsa da, filmdə aclıq səfalət içərisində çırpınan Azərbaycan vətəndaşlarının acınacaqlı həyat tərzi yer alıb. Məlumata görə, ölkədəki köçdən, işsizlikdən geniş bəhs edilib. Rejissor prodüsser bununla reallığı olduğu kimi təqdim etmək istəyiblər. Lakin ilkin baxış zamanı bu, böyük qalmaqala səbəb olub. Bəzi şəxslər isə bu addımı atmaqda həm Vaqif Mustafayevi, həm dıgər şəxslərin hakimiyyət dəyişikliyi baş versə, özlərini qəhrəman kimi qələmə vermək istəyində bulunmaqda suçlayıblar. Nəticədə rejissorla prodüsser filmi təhvil verməyib. Bəzi məlumatlara görə, daim Mustafayevlə toqquşan sabiq nazir Polad Bülbüloğlu da bu məqamdan istifadə edərək onu zərərsizləşdirmək istəyib. Amma filmin sifarişçiyə təhvil verilməməsi bu kompramat yükünün tam açılmasına imkan yaratmayıb. Bülbüloğlu səfır göndəriləndən sonra isə Mədəniyyət Turizm Nazirliyi filmi tələb ediblər. Çünki ekran əsərinin sifarişçisi məhz bu qurumdur. Rejissoıla danışıqlardan sonra qərara alınıb ki, filmdən aclıq səfalət səhnələri çıxardılıb, onun yerinə yeni yerlərinin açılması barədə çəkilişlər daxil edilsin. hazırda da Moskvada "Milli Bomba"ın aclıq səfalətdən "təmizləməklə" məşğuldurlar.

Dünən biz bu deyilənlərlə bağlı Mədəniyyət Turizm Nazirliyinin aidiyyatı məsələlər üzrə səlahiyyətlisi Cəmil Fərəcovla əlaqə saxladıq. Cəmil müəllim filmin bir neçə il öncə sifariş verildiyini təsdiqlədi. Bildirdi ki, artıq nazirlik sifarişçi kimi filmi qəbul etməyə hazırlaşır. Sadəcə, prodüsser Valeri Ruzin dəyişiklik aparmaq üçün müəyyən müddət vaxt istəyib. Fərəcov bu dəyişikliyin nədən ibarət olduğu barədə ancaq filmin müəlliflərinin xəbəri olduğunu vurğuladı. Vaqif Mustafayevlə gün ərzində əlaqə saxlamaq istəsək mümkün olmadı. Bütün hallarda isə aydın olur ki, "Milli Bomba"dakı aclıq səfalət səhnələri çıxarılır. Əgər, belə olmasaydı, hazır filmin üzərində yenidən aparmağa ehtiyac var idi ki? Bir görünür, Ramiz Mehdiyevin təbirincə desək, filmin müəllifləri mövcud reallıqla barışıb ekran əsərində dəyişiklik aparırlar. olar, hər halda gətirərlər baxıb görərik ki, "Milli Bomba" harada necə partlayacaq? ya görəsən, rejissorla prodüsserə filmdəki "qəlpələri" təmizləmək üçün qədər vaxt lazımdır?

 

Azadlıq. -2006.- 9 sentyabr.- S. 13.