Mükərrəmoğlu M.

 

Sənətkar ömrünün salnaməsi

 

Aydın DadaşovunKinorejissor Arif Babayevkitabı haqqında qeydlər


Vaxtdır. Arif Babayevin yaradıcılığını geniş təhlil edib, ictimaiyyətə çatdırmaq gərəkdir. bu günlərdə işıq üzü görmüşRejissor Arif Babayevkitabı böyük sənətkarın yaradıcılığının tədqiqində yaranmış boşluğu doldurmağa göstərilən ilk cəhd kimi qiymətlidir. Sənətşünas Aydın Dadaşovun bu yeni kitabı, əslində teatrımızın, televiziyamızın, kinomuzun tarixinə bir nəzərdir. Çünki Arif müəllimin yaradıcı həyatı bu üç sənət sahəsi ilə sıx şəkildə bağlı olmuşdur.
Səhnəyə gedən yoladlı bölmə ilə açılan kitabın sonrakı fəsilləri televiziya kinoya həsr edilmişdir. İlk fəslin əsas xüsusiyyəti bundan ibarətdir ki, burada böyük sənətkarın bizlərə az məlum olan uşaqlıq gənclik illəri barədə söhbət açılır.
1928-ci ilin sentyabrında dünyaya göz açan balaca Arif ilk titrək addımlarını İçərişəhərin dar küçələrində atmışdı. bu dar küçələrdən addımlaya-addımlaya böyük dünyaya doğru irəliləmişdi. O, uşaqlığından həyatsevər idi. Futbolu bir teatrı çox sevirdi. Günlərin birində Ağadadaş Qurbanov Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyduğuİbrəttamaşasında ona kiçik bir rol verdi. Bununla başladı Arif Babayevin sənətə gedən uzun mənalı ömür yolu. Teatr Texnikumunu, sonra Teatr İnstitutunu bitirən Arif Babayev həm aktyorluq, həm rejissorluq təhsili alıb. İlk dəfə rejissor kimi Naxçıvan Dövlət Dram Teatrında QoqolunEvlənməəsərini tamaşaya qoyub.
Aydın Dadaşov bu kitabda Arif Babayevin uşaqlıq dostlarının onun haqqında xatirələrini verməklə oxucunu Bakının sənət mühiti ilə
tanış edir. Rejissorlar Gülcahan GüləhmədovaMartınova, Ulduz Rəfili onun haqqında ürək sözlərini danışır, xatirələr bir-birini tamamlayır.
Sonra isə kitabınTeleviziya aləmibölməsi gəlir. Müəllif yazır ki, 1959-cu ildə Arif Babayev televiziyada baş rejissor kimi çalışmağa başladı. Çox filmlər, çox verilişlər çəkdi. Üstəlik, Moskvaya ÜİDKİ- oxumağa da getdi. Lakin Bakısız darıxdığı üçün yenidən Vətənə döndü. Amma televiziyadan uzaqlaşmadı. Yalnız 1964-cü ildə bədii film çəkmək üçün kinostudiyaya dəvət alan 35 yaşlı gənc Arif ömürlük taleyini kino ilə bağladı. Kimi daha çox sevirik?” kinoalmanaxında onaZirvənovellasının çəkilişi həvalə olunmuşdu. KinoyaZirvə”dən başladı Arif Babayev bu zirvəni heç vaxt tərk etmədi.
İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Ömrün ilk saatı”, “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə”, “Bizi bağışlayın”, “Birisigün, gecəyarısıfilmləri onun adı ilə bağlıdır. Aydın Dadaşov bu filmlərin hər biri haqqında maraqlı materiallar verir, həmin filmlərin digər yaradıcılarının Arif Babayev haqqında ürək sözlərini oxuculara çatdırır.
Rejissor Arif Babayevkitabı bizim teatr kino sənətimizə yeni baxışdır. O, bir ömrün sənət taleyinin çox maraqlı anlarını bizə təqdim edir. Kitabdakı deyimlər çox vaxt bu böyük sənətkarın filmlərinin qəlbimizdə yaratdığı təəssüratlarla üst-üstə düşür. Ekranda görmədiyimiz, lakin kinonu yaradan insanların taleyində qəribəliklər çox olur. Onlardan biri ilə siziKinorejissor Arif Babayevkitabı
tanış edəcək. bir kitabın sonunda verilmişGöyərmiş soğanlaradlı xatirəni oxumağı unutmayın. Burada siz sənət haqqında maraqlı hadisələrlə qarşılaşacaqsınız.
Aydın Dadaşovun çoxsaylı tədqiqat əsərləri arasında bu kitabın öz yeri var. O, 1983-cü il avqustun 26-da dünyasını dəyişmiş keçmiş SSRİ- Kino günü kimi bayram edilən 27 avqust tarixdə torpağa tapşırılmış böyük bir sənətkarın 1928-ci ildən başlanan ömür yolunun salnaməsidir. Daha doğrusu, Arif Babayev sənətini sevənlər üçün çox qiymətli töhfədir.

Xalq qəzeti.-2006.-26 sentyabr.- S. 1.