Zəminə

 

Oqtay Mirqasımov "Altın minbər"də

 

Beynəlxalq festivalda kinorejissor münsiflər heyəti sırasında təmsil ediləcək

Sentyabrın 10-dan 17-dək Tatarıstanın paytaxtı Kazan şəhərində II Beynəlxalq "Altın Minbər" kinofestivalı keçiriləcək. Bu barədə qəzetimizə kinorejissor Oqtay Mirqasımov məlumat verib. O, bildirib ki, bu il festivalın münsiflər heyətinin sədri rusiyalı kinorejissor Vadim Abduraşitov olacaq. Münsiflər heyətinin üzvləri sırasında isə rejissor kinodramaturq Oqtay Mirqasımov (Azərbaycan), rejissor prodüser Ovidio Salazar, aktrisa Fayza Kamal (Misir), rejissor prodüser Buçço Menotti (İtaliya), "Əl-Əlyam" peyk telekanalının baş direktoru Hüseyn Razi (İran), kinorejissor Fərid Davletşin (Özbəkistan), kinoşünas Sergey Lavrentyev (Moskva) rejissor Yuri Mansurov (Tatarıstan) kimi kino xadimləri var.
Kinorejissor bildirdi ki, festivalın proqramını 34 film təşkil edir. Bunların 13-ü bədii, 16-sı sənədli, 5-i isə animasiya filmləridir. Qeyri-müsabiqə proqramında 26 ekran əsərinin təqdim ediləcəyi nəzərdə tutulub: 4 tammetrajlı bədii, 6 qısametrajlı bədii, 16 sənədli film. Ümumilikdə "Altın Minbər" festivalında nümayişə çıxarılması üçün 25 ölkədən 100 ekran işi göndərilib.
Oqtay Mirqasımov qeyd etdi ki, festival iştirakçıları bu il Azərbaycan kinosu barədə təsəvvürə Nicat Feyzullayevin "Küçələrə su səpmişəm" bədii tammetrajlı filmi vasitəsi ilə malik olacaqlar.

 

Ayna.- 2006.- 9 sentyabr.- S. 19.