Rəhimqızı Z.

 

Azərbaycan kinematoqrafiyada Ermənistanı geridə qoyub

 

Bu fikir Gürcüstanda keçirilən beynəlxalq festivalda səsləndirilib

 

Azərbaycan Gürcüstanda keçirilən "Qafqaz bizim birgə evimizdir" festivalında foto film nominasiyaları üzrə təmsil olunub. Festivaldan qayıdan iştirakçıların Kinematoqrafçılar İttifaqında keçirdikləri mətbuat konfransında bu barədə məlumat verilib.
Rejissor Şamil Nəcəfzadənin məlumatına görə, Azərbaycanın belə bir festivalda iştirakı ölkəmizin kino salnaməsində xüsusi yer tutacaq. Sentyabrın 14-dən 17-dək Batumidə keçirilən festival barədə rejissor daha sonra bunları dedi:
"Azərbaycan yalnız foto kino nominasiyalarında iştirak etsə , təqdim etdiyimiz əsərlər iştirakçıların marağına səbəb oldu. Festivaldan sonra bir sıra müzakirələr aparmışıq. Texniki imkanlarımız kasad olsa da, peşəkar kadrların əməyi münsiflər heyətinin diqqətindən yayınmadı. Onların zəhməti yüksək qiymətləndirildi".
Şamil Nəcəfzadənin məlumatına görə, "Qafqaz bizim birgə evimizdir" festivalında Azərbaycan 4 sənədli, 2 bədii filmlə təmsil olunub. Festivalda rejissor Yavər Rzayevin Qarabağ hadisələrinə həsr etdiyi "Sarı gəlin" bədii filmi, İqbal Məmmədyarovun "Sükutun səsi", Yusif Quliyevin "Keçid", Günel Nəcəfzadənin "Pillələr" Mirsadıq Ağazadənin "6 aylıq" sənədli filmləri nümayiş edilib.
Tədbirdə çıxış edən rejissor Yusif Quliyev bildirdi ki, festivalda üç ölkə - Gürcüstan, Azərbaycan Ermənistan nümayəndələri iştirak ediblər. Tədbirin açılışında yekununda Azərbaycan filmləri nümayiş etdirilib: "Gürcü kino xadimləri bizim filmlərdən heyrətlənərək Azərbaycan kinosunun inkişafından xəbərsiz olduqlarını etiraf edirdilər. Ən maraqlısı bu oldu ki, bizim filmlər, xüsusilə Qarabağa həsr olunmuş "Sarı gəlin" filmi təqdim edilərkən ermənilər münasibətlərini ayaq üstə alqışlarla bildirdilər. Amma onların arasında bu ekran işinə qısqanclıqla yanaşanlar da tapıldı. Xatırladım ki, film Qarabağın kəndlərindən birində çəkilib. Nümayiş zamanı ermənilər bildirdilər ki, guya bu, onların kəndidir. Biz onlara həmin ərazinin bizə məxsus olduğunu sübut etdik. Tədbir iştirakçılarının əksəriyyəti bizim fikirlərimizi təsdiq etdi. Xeyli davam edən mübahisə bizim xeyrimizə nəticələndi", - deyə rejissor bildirdi.
İqbal Məmmədyarov isə dedi ki, ermənilər bütün nominasiyalarda iştirak etmələrinə baxmayaraq Azərbaycanı qabaqlaya bilməyiblər: "Ermənistan dörd nominasiyanın hər birində böyük heyətlə iştirak edirdi. Bizim kollektivin kiçik olmasına baxmayaraq, iki nominasiyada iştirak edərək onları geridə qoyduq. Festival iştirakçılarının əksəriyyəti Azərbaycan mədəniyyətinin inkişaf etdiyini kinematoqrafiya sahəsində Ermənistan da daxil olmaqla bir sıra ölkələri geridə qoyduğunu söylədi".

 

Ayna.-2006.-28 sentyabr.- S. 8.