Tahirə
“Bakıda etnik mozaika pozulub”
Rüstəm İbrahimbəyov: “Hansı ki, bunun
formalaşması üçün yüzilliklər lazım
olub”
Azərbaycan kinosunun
inkişafında Rüstəm İbrahimbəyov
yaradıcılığının böyük rol oynaması
danılmazdı. Məşhur rejissorun yaratdığı
ekran əsərləri Azərbaycan kinosu tarixində
özünəməxsus yer tutub. Onun rejissor kimi müasir
təfəkkürə malik olması, həyata
baxışı, həyatın reallığını olduğu
tək qəbul etməklə həmçinin onları
olduğu tək kino vasitəsilə çatdırmaq
istəyi kinomuza yeni nəfəs gətirdi. Biz də
"Şərq" olaraq imkan düşdükcə məhz
belə insanlarla sizi daha yaxından tanış etməyə
çalışırıq.
- Müsahibələrinizdən
birində qeyd etmisiniz ki, həftənin üç
günü siz özünüzü avropalı, üç
günü asiyalı hiss edirsiniz. Bəs müasir Bakıya
baxanda nə hiss edirsiz?
- Siz
mənim fikrimi tamamlamadınız. Mən sonda demişdim
"Həftənin yeddinci günü mən oturub
fikirləşirəm ki, hansı yaxşıdır,
avropalı olmaq, ya asiyalı?" Sizin sualınıza cavab
olaraq deyim ki, mənim qənaətimə görə, Bakı
həmişə özündə həm avropalıların,
həm də asiyalıların ən gözəl
xüsusiyyətlərini cəmləşdirib.
-
Hesab etmirsiniz ki, Bakı əvvəlki təkrarolunmaz
simasını itirib?
-
Bakı həqiqətən sürətlə dəyişir.
Çox təəssüf ki, Bakıda etnik mozaika pozulub,
hansı ki, bu mozaikanın formalaşması üçün yüzilliklər
lazım olub. Bunu ən
nəhəng dövlət başçısı belə
tək yarada bilməzdi. Əvvəllər Bakıda təmiz
bakılıların sayı daha çox olsa da, sonralar
gəlmələrin sayı 60% artdı.
60-cı illərdən başlayaraq Bakıda müxtəlif xalqların nümayəndələrinin sayı artdıqca şəhər hərtərəfli inkişaf etdi. Bu onu Ermənistandan, hətta Rusiyanın bir çox şəhərlərindən çox fərqləndirirdi. Bu gün şəhərin etnik heyəti demək olar ki, birmillətli olub. Sözsüz ki, şəhər bu baxımdan çox şey itirib. Ancaq Şərqlə Qərbin harmoniyası itməyib, vəhdət bu gün də öz təzahürünü tapır. Şəhərin əksər sakinlərində yenə Şərq və Qərb mədəniyyətinə maraq özünü göstərir.
- Bakının itkisindən nostalji hisslərlə danışdınız, rusların, yəhudilərin, hətta ermənilərin getməsini necə itki adlandırmaq olar?
- Sözsüz ki, hər bir
yemək əslində
özlüyündə dadlıdır,
əgər ona müxtəlif çeşidli
ədviyyatlar qatılırsa. Bakının əvvəlki siması kimi
götürsək - müxtəlif
xalqların
nümayəndələri daha
çox ayrı-ayrı sənət sahəsində peşəkarlıqları
ilə seçilirdilər.
Onlar Bakının intelligent təbəqəsinə
də
təsirini göstərdi.
- Siz Bakının bu gününü təsvir etdiniz. Bəs bu dəyişiklik
arxitektura sahəsində
necə
görünür?
- Bakıdakı arxitektur dəyişiklik
təbii fəlakəti xatırladır. Şəhər əvvəlki təkrarolunmaz
simasını itirir. Yeni tikililərin səliqəsiz
və düşünülmədən
inşası şəhərin
gözəlliyinə təsirini
göstərir. Buna bənzər
proseslər xarici ölkələrdə də
özünü göstərir,
ancaq onlar bunu tənzimləməyə
çalışırlar ki,
köhnə şəhərlə
yenisindəki fərq
hiss olunsun.
-
Bu dəyişikliklər mədəniyyətimizə də
təsirini göstəribmi?
- Əlbəttə. Gəlin
razılaşaq ki, nə qədər inkişaf etsək də, itirdiklərimiz də az
olmayıb...
- Necə düşünürsüz,
kinematoqrafın vasitəsi,
köməyi ilə Azərbaycan mədəniyyətinin
zənginliyini nümayiş
etmək mümkündürmü?
- Köhnə postsovet məkanında bütün
xalqlar yalnız
SSRİ-nin ətrafında
birləşdiklərindən, sovet ideologiyasına xidmət edirdi. Bu quruluş dəyişdikdən
sonra mədəniyyətimiz
çox böyük dövlət dəstəyini
itirdi. Bunsuz da kinematoqraf
bütün potensialı,
gücü ilə işləyə bilməz.
-
Siz "Köçəri"
adlı film çəkmisiz
- Qafqaz həyatından
bəhs edir. Necə düşünürsüz,
bizim xalqımızın
tarixindən bəhs edən belə bir filmin çəkilməsinə
ehtiyac varmı?
-
Şübhəsiz. "Köçəri"nin qəhrəmanı
18-ci əsrdə qazaxları
birləşdirməyə nail oldu. Onlar xalqı
cunqarlardan azad edir. Filmin kifayət qədər
bədii səviyyəsi
var. Quruluş da mükəmməldir. Dünya arenasında
filmə olan maraq da buna
sübutdur. Mən əminəm
ki, bizim xalqımızın tarixindən
bəhs edən belə bir film çəkilsə, dünya
kino prokatında böyük maraq yaranacaq. Misal üçün, deyə bilərəm ki, biz Qurban Səidin "Əli və Nino" əsərini
ekranlaşdıra bilərik
ki, bu əsər
dünyada kifayət qədər tanınır.
Qaldı
"Köçəri"yə, bu film Rusiyanın və MDB-nin 400 kinoteatrında nümayiş
olunacaq. Həmçinin Amerikanın 500 kinoteatrında
da bu film təqdim olunacaq.
Belə bir uğur Rusiyanın
heç bir ekran əsərində özünü göstərməyib. Keçmiş SSRİ məkanından danışmağa
isə ehtiyac yoxdu. Qeyd edim ki, bu filmin təşəbbüskarı
və ilhamverici qüvvəsi Qazaxıstanın
prezidenti Nursultan Nazarbayev olub. Bunu ona görə qeyd edirəm ki, rəhbərliyin dəstəyinin belə möhtəşəm proyektlərdə
rolunu görə bilək. Son dövrlər
Azərbaycanda milli kinomuza marağın oyandığı da hiss olunur. Dünya standartlarına cavab
vermək baxımından
Azərbaycan kinoteatrının
modernləşdirilməsi perspektivi
daha realdır.
(Bu gün kinoteatrlarımızda
olan avadanlıqlar kino tarixi muzeyini
bəzəməyə kömək
edə bilər)
Heydər Əliyev Fondunun rəhbərliyi "Nizami"
kinoteatrını şəhərin
ən böyük kinoteatrına çevirməyi
planlaşdırıb. "Nizami" kinoteatrı şəhərin ən böyük kinofestivalı
kompleksi kimi fəaliyyət göstərəcək.
Deyəsən, yaxın zamanlarda
bizim kinomatoqrafçılarımızın
arzuları reallaşa
bilər və onlar genişmetrajlı bədii filmlər çəkə bilərlər.
Həm də "Əli və Nino" əsəri
ekranlaşdırıla bilər.
- Siz necə, bu proyektin reallaşmasına
qol qoya bilərsinizmi? Ümumiyyətlə,
bir az
da yaradıcılıq
yenilikləri barədə
məlumat verərdiz...
- Mənə artıq bu filmin ssenarisi
məşhur Hollandiya
kinokompaniyası tərəfindən
sifariş olunub. Qeyd edim ki, Hollandlar
bu filmi çəkərkən azərbaycanlı
prodüser qardaşlar
olan Humanilərlə işləmək istəyirdilər.
Çox təəssüf
ki, hollandlar onlara
lazım olan vəsaiti toplaya bilmədilər. Odur ki, filmin ssenarisi hazırdır.
Qalan məsələlər ölkə
rəhbərliyindən asılıdır.
Mənim
gələcək planlarıma
gəlincə isə onlar çoxşaxəlidir.
Yaxın
günlərdə Rusiya-Azərbaycan
filmi olan "Əlvida, Cənub şəhəri!"nin işlərini
bitirdik. Mən həmin filmin
həm ssenari müəllifi, həm də prodüseriyəm".
Filmin quruluşçu rejissoru Oleq Səfərəliyevdi.
Əlimizdə üç
iş var ki, Moskva, Sankt-Peterburq
və Kiyev kinomatoqrafçıları ilə
birgə hazırlanacaq.
"Qalib" povesti üzərində işləyirəm.Qeyd edim
ki, uzun fasilədən sonra mənim "İbrus"
teatrında tamaşaların
səhnəyə qoyulması
bərpa olunub.
Biz Fransa, Rusiya, Türkiyə və digər ölkələrə
qastrollara dəvət
olunmuşuq.
Şərq.- 2006.-
8 sentyabr.- S. 14.