Mükərrəmoğlu M.


Şərq-Qərbkinofestivalı öz repertuarını təqdim edir

Festivalın gündəliyi


Bakıda keçirilən VIII BeynəlxalqŞərq-Qərbkinofestivalı dünənAzərbaycankinoteatrında öz işini davam etdirmişdir. Həmin gün repertuarda olan üç yeni film tamaşaçılara göstərilmişdir. Onlardan ikisi Rusiya kinematoqrafçıları tərəfindən təqdim edilmişdir.
“Alatoran” filminin rejissoru Artyom Antonov gəncdir və bu kinolent onun sayca 4-cü filmidir. O, Birinci Yeni Monreal Kinofestivalında ən yaxşı debüt işinə görə mükafat almışdır. 2006-cı ildə isə Rumıniyada keçirilən beynəlxalq kinofestivalda “Ən yaxşı rejissor” nominasiyasının qalibi olmuşdur.
Filmin prodüsseri İqor Kalyonov da festival nümayəndələri arasında idi. O bildirdi ki, bu film müharibənin dəhşətləri haqqındadır.
...
1944-1945-ci illərin qışı. Müharibə sona doğru yaxınlaşır. Səssiz-səmirsiz Tayqada itib-batmış şimal kəndində alman hərbi əsirlərindən ibarət briqada radiomayak üçün qüllə tikir. Kənd sakinləricəbhədə doğma yaxınlarını itirmiş qadınlar qocalar əsirləri qarşılayırlar...
Rusiya kino ustalarının tamaşaçılara təqdim etdiyi ikinci film isə “Nankin mənzərəsi” adlanır. Bakıda qonaq olan filmin rejissoru Valeri Rubinçik öz filmi haqqında bunları dedi: “Aleksandr adlı bir nəfər sadəlövh Nadyaya görə cinayətkarlarla rəqabətə girir qalib gəlir. İki mühüm nağıl əsasında qurulmuş bu film yəqin ki, tamaşaçıların ürəyincə olacaq”.
DünənAzərbaycan” kinoteatrında nümayiş etdirilən üçüncü film isə Tacikistan kino ustalarının lentə aldıqları “Gözləmə təqvimikinolentidir. Bu filmin rejissoru Səfərbəy Soliyev festival iştirakçıları arasında idi. Onun sözlərinə görə bu festivalın filmləri Şərqlə Qərbin ahəngini yaradır. Deyir ki, belə festivallar xalqları bir-birinə yaxınlaşdırır, yaradıcı adam üçün yeni imkanlar açır.
Rejissorun təqdim etdiyi bu filmin qəhrəmanının babası Sibirə sürgün edilmişdir. Atası müharibə ərəfəsində, Almaniyada həlak olmuşdur. Hər ikisinin dəfn olunduqları yer məlum deyil. İndi o istəyir ki, heç olmasa özü bu torpaqda dəfn edilsin.
Filmin hadisələri əhalisi çətinliklər gözəlliklərin fövqündə dayanan bir dağ kəndinin gün doğandan gecəyədək olan yaşantılarını əks etdirir. Və həmin gün ağrılı qış günü sona yetir, bahar gəlir. Festivalın proqramına salınmış bu film yeganə tacik filmidir.
Kinorejissor Rasim Ocaqovun filmlərinin retrospektivi yeni Azərbaycan sənədli filmlərinə baxış da davam etmişdir.

 

Xalq qəzeti.-2006.-9 sentyabr.- S. 5.