Mükərrəmoğlu M.


İbruskinoteatrında qırğız qazax filmləri nümayiş etdirildi

 

Festivalın gündəliyi


VIII “Şərq-Qərbkinofestivalı dünənIbruskinoteatrında öz işini davam etdirdi. Burada Qırğızıstan kinematoqrafçılarınınCənnət quşları Qazaxıstan kino ustalarının lentə aldıqlarıTrassafilmləri nümayiş etdirildi.
Məlumat üçün bildirək ki, qırğız kino xadimlərininCənnət quşlarıfilminin istehsalında qazax kinematoqrafçıları da iştirak etmişlər. Festivalın nümayəndə heyəti arasında filmin rejissorlarından biriTalqat Asırankulov da var idi. Bizimlə söhbətində o öz yeni filmini belə təqdim etdi: “Bizim filmin qəhrəmanı tələbə-jurnalist qızdır. Üç dəqiqəlik reportaj hazırlamaq üçün o, sərhədyanı şəhərə gəlir. Küçələrin birində, yeniyetmə oðlan videokameranı onun əlindən qapıb qaçır. Kamerasız qalan qız üç dostun ofisinə gedib çıxana qədər, sərhədyanı şəhərciyi boş-boşuna dolaşmalı olur... Məqsədsiz insan üçün xoşbəxtlik əlçatmazdır. Bizim qəhrəmanlar, filmin adından da bəlli olduðu kimi quşlar kimi ömür sürürlər. Lakin seçim anı gələndə onlar hansı tərəfəxeyir, yaxud şərə doðru addım atacaqları barədə qərar qəbul etməyə məcbur olurlar. Filmin əsas baðlantısı da elə budur”.
Talqat Asırankulov peşəcə rəssamdır.İlbiz, sənin evin hardadır”, “Selikinçek”, “Hər tərəf qarla örtülmüşdür”, “Şizafilmlərində rəssam kimi işləmiş, bu film isə onun rejissor debütüdür. Yeni filmə o, Həziz Nəsirovla birgə quruluş vermişdir.
Digər filmin — “Trassa”nın hadisələri fantastik məcrada cərəyan edir. Uçan kosmik cisim düzənlikdə itən balaca insan gözlənilməz təmas nöqtəsində görüşürlər. Dünyada gizli heç yoxdur, hər şey qarşılıqlı şəkildə əlaqəlidir. Lakin təcrid olunmalar da mövcuddur. Filmin rejissoru ssenari müəllifi Sabit Qurmanbəyov deyir: “Biz bir adamın gözünə qədər çox görünürüksə bir o qədər dünya ilə böyük əlaqələrin şahidi oluruq”.
Festival tamaşaçıları ilə görüşə filmin operatoru Renat Kosay gəlmişdi. Festivalın qərargahının yerləşdiyi Zuqulbadakı Otel Hilsidedə rejissor Rasim Ocaqovun filmlərinin retrospektiv baxışı davam etdirildi. Tamaşaçılar rejissorunÖlsəm, baðışlafilminə baxdılar. Azərbaycanın yeni sənədli kinosu silsiləsindən isəSükutun səsi” (rejissor I. Məmmədəliyev), “Ömrün sarı rəngi” (rejissor Mehriban Ələkbərzadə), “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” (rejissor Ə. I. Cabbarov) filmləri nümayiş etdirildi.
Festival bu gün öz işini davam etdirir.

 

Xalq qəzeti.- 2006.- 7 sentyabr.- S. 5.