VIII Beynəlxalq Bakı Kinofestivalı başa çatdı

 

Sentyabrın 9-da Azərbaycan kinoteatrında VIII Beynəlxalq Şərq-Qərb kinofestivalının bağlanış mükafatların təqdim edilməsi mərasimi keçirilmişdir.

Festival Türkiyə-Fransa birgə istehsalı olan Fəsillər filminin göstərilməsi ilə başa çatdı. Quruluşçu rejissor ssenari müəllifi Nuri Bilgə Ceylanın filmi 1998-ci ildə Berlin kinofestivalında Kaliqari adına mükafata 2003-cü ildə Kann Beynəlxalq kinofestivalının ən yaxşı kişi roluna görə Qran-pri mükafatına layiq görülmüşdür. Filmdə baş rolu Ceylanın özü oynayır.

Sonra mükafatlar təqdim edildi.

Ən yaxşı qadın obrazına görə mükafatı "Vətən" filmindəki rola görə özbək aktrisası Rəna diyevaya, ən yaxşı kişi obrazına görə mükafatı Oleq Səfərəliyevin "Əlvida, cənub şəhəri" filmində (Azərbaycanfilm İbrus, Rusiya) Teymur Bədəlbəyliyə, Bəşəriyyətə ən humanist müraciətə görə mükafatı "Ümidlər təqvimi" filminə gorə Tacikistan rejissoru Səfərbəy Soliyevə verildi.

Rüstəm İbrahimbəyov "Nanki mənzərəsi" filminə görə Dünya kinematoqrafına töhfəyə görə mükafatı rusiyalı rejissorValeri Rubinçikə təqdim etdi.

Bununla da Şərq-Qərb VIII Beyrrəlxalq kinofestivalı bağlı elan olundu.

 

Respublika.- 2006.- 10 sentyabr.- S. 4.