"Şərq-Qərb" Kinofestivalı
açıldı
Festivala 13 ölkədən 60-dan çox
kino xadimi
qatılıb
Dünən Heydər
Əüyev adına
Sarayda VIII "Şərq-Qərb"
Bakı Beynəlxalq Kinofestivalının açılış
mərasimi keçirilib.
Mərasimdə öncə qonaqlara
Azərbaycan kinosunun yaranma tarixi və bu illər
ərzində çəkilən
filmlər haqqında məlumat verilib. Eyni zamanda, filmlərdən fraqmentlər də nümayiş etdirilib və Azərbaycan kinosunun tanınmış
rejissorlarından, yaddaqalan
obrazlar yaradan aktyorlardan söz açılıb.
Tədbirdə Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev çıxış
edib: "Artıq 8-ci
ildir ki, Bakıda beynəlxalq "Şərq-Qərb"
Kinofestivalı keçirilir.
Bu, Azərbaycan kinosu üçün çox böyük uğurdur. Bu il respublikamıza 13 ölkənin
60-dan çox kino xadimi təşrif buyurub.
Hər birinizi burada görməkdən şərəf
duyuruq".
Nazir dövlət başçısı
İlham Əliyevin də təbriklərini çatdırıb. Qeyd edib ki, bu ildən başlayaraq
ilbəil Azərbaycan
kinosuna daha çox vəsait ayrılacaq.
Festivalın prezidenti və Azərbaycan Kinomatoqrafçılar
İttifaqının sədri
Rüstəm İbra-himbəyov
da qonaqları salamlayıb və festival haqqında məlumat verib. O bildirib ki, bu il
festival sentyabrın 8-nə kimi davam edəcək.
Bu müddət ərzində kinoteatrlarda müxtəlif ölkələrin
istehsalı olan filmlər nümayiş olunacaq. Festival çərçivəsində kinorejissor Rasim Ocaqovun filmlərinin retrospektivi də təşkil ediləcək.
Dörd gün davam edəcək festival çərçivəsində
Zağulbada dəyirmi
masalarda keçiləcək
(APA).
Festivalın açılış mərasimində
Elçin Əzizov, əməkdar artist Gülyanaq
Məmmədova və
başqalarının çıxışları
olub.
Ekspress.- 2006.- 5 sentyabr.- S. 16.