Bakıxanov T.
Muğam “Dügah”ın
qısaca tarixi
Muğamlardan bir çoxunun, ələlxüsus
sayla bağlı olanların hərəsinin
iki adı var. Məsələn, "Segah",
"Dügah", "Pəncgah",
"Çahargah", bunlar
not etibarilə tetraxorda
əsasən sıra düzümü ilə əlaqədardır. Necə ki,
qədim tarixi mənbələrin yazdıqlarına
görə, yunanlar yeddi səma cisimlərindən hər birinin Pifaqor tərəfindən icad edilmiş 7 tondan birinə müvafiq olduğunu zənn edirlərmiş.
Yunanca:
1.Mi -Ay
2. Fa - Merkuri (Utarid)
3. Sol - Venera (Zöhrə)
4. Lya - Günəş
5. Si - Mars (Mərrix)
6. Do - Yupiter (Müştəri)
7. Re -
Saturn (Zühəl)
Ərəbcə - İranca:
1. Nəva
2. Busəlik
3. Rast
4. Əraq
5. Uşşaq
6. Zirəfkənd
7. Rəhavi
Ümumiyyətlə notun tonları, eləcə də, əsas muğamlar sayılan məqamın (muğamın)
sədaları yeddi göy planetinin məqam və hərəkətlərindən götürülmüşdür, ümumi muğamların sayı 12-dir. Bununla əlaqədar olaraq Azərbaycanın alim, nəzəriyyəçi, musiqişünası
Əbdülqadir Məraği
(XIV əsr), Səfiəddin
- Əbdül-mömün ibn
Yusif-əl Urməvi
(XIV əsr), Mir Möhsün
Hacı Seyid Əhməd oğlu Qarabaği (Şuşadan)
"Vüzuhül-Ərqam" ("Musiqi istilahlarının şərhi") adlı kitabında, yəni musiqi haqda yazıların
şərhi adlı əsərlərində göstərilir
ki, nəhayət 7 muğamdan doğan avaz göydə olan 12 bürcə işarətdir.
"Dügah"dan
danışdıqda isə
yuxarıda
qeyd etdiyimiz kimi "Dügah" onun əsl adı, yəni hansı məzmunu ifadə etməsindən asılı
olan mənəvi həqiqi adı deyildir, onun əsl adı "Ruhül Ərvah"dır. Yəni ruhlar ruhu deməkdir. Onu Orta Asiyada
olan Mavərinnəh qəsəbəsində yaşamış olan IX-X əsrin görkəmli musiqi alimi "Əbu Ətahi" adlı bir şairi
cad etmiş, onu Məhəmməd peyğəmbərin adlarından biri olan, "Ruhül Ərvah" adlandırmışdır.
Sonralar zaman keçdikcə həmin bu ad muğamın adından unudulmuşdur.
Həmin
muğamda "Mavərinnəh"
və "Zəmin-Xarə"
arasında bir guşə olaraq qalmışdır. Umumiyyətlə, "Zəmin-Xarə"
qəsəbə adıdır. Əsl adı isə "Zəmin"dir,
ləqəbi isə "Xarə"dir. "Xarə"
I fars dilində
yemək ərzağı
deməkdir.
Yeyilən şeyin
1 (azuqənin)
adıdır. Çünki buranın təbiəti,
yəni suyu, havası və torpağının münbitliyi
bütün dünyada
məşhur olmuşdur.
Və eyni zamanda dünyanın
ən nadir meyvəsi bu torpaqda bitirmiş,
yəni heç elə bir meyvə
olmayıbdır ki, bu torpaqda bitməmiş
olsun.
Məhz
bu təbiət və torpağın münbitliyinə və qədim tarixi mənbələrin yazdıqlarına
görə, hər bir dərdə buranın abu-havası dərman olduğuna görə buraya səyahətə gələn
təbib və şair, alimlər bu yerə "Zərhin-Xarə", yəni
sanki yeyilən "zəmin" adı vermişlər. Məsələn,
Səmərqənd, yəni
meyvəsi qənd kimi şirin olan deməkdir. Şüştər ipək deməkdir (əslində
Tüştər -ərəbcə). Farslar deyirlər ki, "Şiştər", sonralar
həmin söz "Şüştər" adını
aldı. Musiqi özü
məzmun etibarı ilə çox incə olduğu üçün ipək kimi hesab edilir.
"Dügah" muğamı ilə əlaqədar olaraq
1936-cı ildə "Bakı
Azərnəşr" nəşriyyatının
musiqi sektoru tərəfindən "Dügah
Dəstgahı" adlı
muğam notu çap olunmuşdur.
ASSR Xalq Komissarları
yanında incəsənət
işlər idarəsi
başlığı ilə
çap olunmuş muğam Sergey Mironoviç
Kirovun işıqlı
xatirəsinə ithaf olunub. Həmin muğamın klavirini
fortepiano üçün yazanı
mərhum bəstəkar
Zakir Bağırov olmuşdur. Onu da qeyd etmək lazımdır ki, "Dügah" muğamında əməkdar
incəsənət xadimi,
tarzən Mənsur Mənsurovun ifasından istifadə olunmuşdur.
Nəşriyyatın musiqi redaksiyası
çap olunmuş
"Dügah Dəstgahı"nı
"Rapsodiya" adlandırmışdır
(yəni xalq musiqisinin əsasında yazılmış virtuoz
instrumental əsər). Dügäh muğamı
"Dərbaşt" ilə
başlayaraq, ardı
"Dügah", "Guşeyi-bayatı
Qacar", "Ruhul-Ərvah",
"Təsnif", "Mavərinnəhr",
"Hüseyni", "Şikəsteyi-fars", "Təsnif", "Dilruba",
"Təsnif", "Əraq",
"Zəngi-şutur". "Raq və Dügah"
ilə sona çatır. Çap
olunmuş həmin muğamın redaktoru professor L.Rudolf,
bədii tərtibatı
rəssam S.Vlasov olmuşdur. Rəssam notun üz qabığında Azərbaycan
milli ornamentindən ustalıqla istifadə edərək rəngarəng
boyalarla işləmişdir.
Yaddan çıxarmaq
lazım deyil ki, 1930-cu illərin ortalarında gənc bəstəkarlardan Qara Qarayev "Rast" muğamını, Tofiq Quliyev isə "Rast" və "Zabul segah" muğamını nota yazaraq 1936-cı ildə nəşr etdirmişdir. 1968-ci
il, "Azərnəşr" nəşriyyatında
Respublikanın xalq artisti Əhməd Bakıxanovun "Muğam,
mahnı, rəng"
adlı məcmuəsi
çap olunmuşdur.
Həmin
məcmuədə "Salami" ritmik muğamın (tar ilə fortepiano üçün)
şöbələrində "Dügah" muğamı
istifadə olunmuşdur.
Həmin muğamda istifadə olunan "Bayatı-türk", "Bayatı-Qacar",
"Dügah", "Zəmin",
"Şikəsteyi-fars" şöbələri istifadə
olunmuşdur.
Beləliklə, yuxarıda adı çəkilmiş muğamların
yazılışında fərq
ondadır ki,
"Salami" ritmik muğamı
qısaca verilmişdir
(yəni ixtisarla). Belə halda
şö'bələrin tamam
verilməsinə ehtiyac
yoxdur. Buna baxmayaraq Əhməd Bakıxanovun 1930-cu illərdə
tərtib etdiyi (tar üçün) muğam
proqramında "Dügah"
muğamı bütövlüklə
daxil olaraq bir dərslik kimi istifadə olunardı.
Hal-hazırda "Dügah"
muğamı ifaçıların
repertuarından çıxıb,
eləcə də tədrisdə islifadə olunmur. Acınacaqlı vəziyyətdir ki, gələcək nəsil bu muğamı
unudacaqlar. Açıq
söz: çox işlənən muğamlardan:
"Rast", "Çahargah",
"Bayatı-Şiraz", "Humayun", "Şur",
"Şahnaz" tədrisdə
və eləcə də instrumentalçı
və xanəndələrin
repertuarına daxildir.
Peşəkar muğam ifaçılarının
şifahi muğamlarımızı
yaşatmaq onların müqəddəs borcudur.
Mən də bir bəstəkar
olaraq beş
simfonik muğam yazmışam. Onlardan
"Nəva", "Humayun",
"Rahab", "Şahnaz"
və "Dügah"dır.
Yəqin ki, musiqisevərlər
həmin muğamları radio və televiziya vasitəsilə
dinləyiblər. Bu yaxınlarda Əhməd Bakıxanovun
yazdığı "Salami" ritmik muğamını tar
ilə kamera orkestri üçün işləyib
bitirmişəm (yəni "Dügah" muğamı olmaq
şərti ilə). Əsər ilk dəfə olaraq respublikanın xalq artisti, professor,
dünya şöhrətli
tarzən Ramiz Quliyevin ifasında səslənəcəkdir.
Ekspress.- 2006.- 16-18 sentyabr.- S. 19.