Böyük müğənninin xatirəsi
Sentyabrın 26-da Azərbaycan
peşəkar vokal sənətinin banisi, böyük
müğənni Bülbülün ölümündən 45
il keçir.
Həmin gün Bülbülün
ailə üzvləri, ictimaiyyətin
nümayəndələri Fəxri Xiyabanı ziyarət
edərək, unudulmaz müğənninin məzarına gül-çiçək
dəstələri qoymuşlar.
Bülbülün həyat
yoldaşı Adilə xanım müğənninin
xatirəsini anmağa gələnlərə ailəsi
adından minnətdarlığını bildirmişdir.
Bu günlərdə "Bülbül vokal sənətinin zirvəsidir" kitabı nəşr olunmuşdur. Nəşrə onun müasirlərinin xatirələri, həmkarlarının fikirləri, dostlarının məktubları, fotoşəkillər, Bülbülün xatirə muzeyi fondundan orijinal sənədlər daxildir.
Adilə xanım kitabın nəşrə hazırlanmasından danışaraq demişdir: "İstəyirdik ki, kitab ümummilli lider Heydər Əliyevin sağlığında çıxsın, lakin çatdıra bilmədik. O, Bülbülün yaradıcılığına və fəaliyyətinə həmişə böyük diqqət yetirirdi". Prezident Heydər Əliyevin Sərəncamı ilə Bülbülün 100 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Yubiley tədbiri Moskvada da keçirildi, Bakıda vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi təşkil edildi. Ümummilli liderimizin şəxsi təşəbbüsü ilə 1982-ci il iyunun 10-da böyük müğənni və pedaqoqun ev muzeyi açılmışdır.
Respublika.- 2006. – 27 sentyabr.- S .2.